main-post-cover

    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb

    Təhlükəsizlik
    31.01.2025
    Emil Nəcəfov
         Google, 2024-cü ildə Google Play mağazasında 2.3 milyondan çox Android tətbiqini bloklayıb. Bloklanmış tətbiqlər platformanın siyasətini pozduğuna və istifadəçilər üçün potensial təhlükəli olduğuna görə silinib. Bundan əlavə, Google 158 000 tərtibatçı hesabını platformada zərərli tətbiqlər, o cümlədən casus tətbiqlər yayımlamağa cəhd etdiklərinə görə bloklayıb. 2023-cü ildə Google 2.28 milyon zərərli tətbiqi bloklayıb. 2022-ci ildə bu rəqəm 1.5 milyon olub. 2023-cü ildə 333 000, 2022-ci ildə isə 173 000 tərtibatçı hesabı bloklanıb.
         Google, 2024-cü ildə bloklanmış tətbiqlərin sayının artmasını zərərli tətbiqlərin aşkarlanmasında süni zəka sistemlərinin istifadəsi ilə əlaqələndirib. "Hazırda zərərli tətbiqlərin 92%-dən çoxu süni zəkanın köməyi ilə yoxlanılır. Bu, Google Play-ə zərərli tətbiqlərin daxil olmasının qarşısını daha sürətli və dəqiq şəkildə almağa imkan verir. Bunun sayəsində, tarixdə ilk dəfə olaraq, bu qədər çox sayda təhlükəli tətbiqin platformaya girişi bloklanıb."
         Google həmçinin tətbiqlərin həddindən artıq icazələr əldə etməsi ilə bağlı 1.3 milyon halın qarşısını aldığını bildirib. Həmin icazələr proqram təminatı tərəfindən istifadəçilərin konfidensial məlumatlarının əldə edilməsinə yol aça bilərdirlər.  Bundan əlavə, 2024-cü ildə Google-un Android təhlükəsizlik sistemi olan Google Play Protect yenilənərək, Google Play-dən kənar yüklənən tətbiqlər üçün də real vaxt rejimində qoruma təmin etməyə başlayıb. Google iddia edir ki, Android-in standart qoruma sistemi hər gün 200 milyarddan çox tətbiqi skan edərək kod səviyyəsində analiz aparır. Bu skanlar nəticəsində 2024-cü ildə Google Play xaricində 13 milyondan çox yeni zərərli tətbiq aşkarlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb
    google-pixel-9a-nin-satis-qiymetleri-aciqlanib
    Google Pixel 10a smartfonu köhnə prosessoru əldə edə bilər
    google-pixel-10a-smartfonu-kohne-prosessoru-elde-ede-biler
    Google, HTC-nin VR şöbəsini alıb
    google-htc-nin-vr-sobesini-alib
    Android 16-nın ictimai beta versiyalarının hansı tarixlərdə istifadəyə veriləcəkləri məlum olub
    android-16-nin-ictimai-beta-versiyalarinin-hansi-tarixlerde-istifadeye-verilecekleri-melum-olub