
Yeni süni zəka modelinin öyrədilməsinə 50$-dan az vəsait sərf edilib
Süni İntellekt
07.02.2025
Emil Nəcəfov
Stenford və Vaşinqton Universitetinin tədqiqatçıları OpenAI-dən daha yaxşı riyazi problemləri həll edən süni zəka modeli yaradıblar. S1 adlanan bu model, cəmi 1000 sualdan ibarət məhdud məlumat bazası üzərində distillə üsulu ilə öyrədilib. Bu yanaşma minimum resurslarla yüksək effektivliyə nail olmağa imkan verib və göstərib ki, OpenAI, Microsoft, Meta və Google kimi böyük şirkətlərin süni zəka modelləri üçün mütləq nəhəng məlumat mərkəzləri yaratmalarına və onları minlərlə NVIDIA qrafik prosessoru ilə təmin etmələrinə ehtiyac olmaya bilər. Təcrübənin əsas uğur amili distillə metodu olub. Bu üsul kiçik süni zəka modellərinin daha böyük modellərin verdiyi cavablar əsasında öyrənməsinə imkan yaradır.

Məqalədə The Verge yazır ki, s1 modeli öz bacarıqlarını Google şirkətinin Gemini 2.0 Flash Thinking Experimental adlı süni zəka modelinin cavablarını istifadə edərək sürətlə təkmilləşdirib. S1 modeli Alibaba-nın (Cloud bölməsi) açıq mənbəli Qwen 2.5 layihəsi əsasında yaradılıb. Əvvəlcə tədqiqatçılar 59 000 sualdan ibarət məlumat bazası istifadə ediblər, lakin təcrübələr göstərib ki, məlumat həcminin artırılması nəzərəçarpacaq yaxşılaşma yaratmır. Buna görə son təlim prosesi cəmi 1000 sualdan ibarət məhdud bir məlumat bazası üzərində aparılıb. Bu prosesdə cəmi 16 ədəd NVIDIA H100 GPU-dan istifadə olunub və bütün bu resurslar üçün 50$-dan az vəsait xərclənib.
S1 modelinə həmçinin "test zamanı miqyaslandırma" (test-time scaling) üsulu tətbiq edilib. Bu üsul modelə cavabı generasiya etməzdən əvvəl "düşünməyə" imkan verir. Bundan əlavə, tədqiqatçılar modelin öz nəticələrini yenidən yoxlamasını təmin etmək üçün ona "Wait" ("Gözlə") əmrini əlavə ediblər. Bu üsul süni zəkanı əlavə düşünməyə və öz cavablarını yenidən nəzərdən keçirərək səhvlərini düzəltməyə təşviq edib. S1 modeli riyazi məsələlərin həllində OpenAI-nin o1-preview modelini 27% üstələyərək təsirli nəticələr göstərib.

Son zamanlarda diqqət çəkən DeepSeek-in R1 modeli də oxşar yanaşmadan istifadə edib və nisbətən az maliyyə vəsaiti ilə yüksək performans nümayiş etdirib. Lakin OpenAI hazırda DeepSeek-i öz modellərindən məlumat çıxarmaqda və istifadə şərtlərini pozmaqda ittiham edir. Bununla yanaşı, Google Gemini-nin istifadə şərtlərində də onun API-dan rəqib çat-botlarının yaradılması üçün istifadə edilməsinin qadağan olunduğu qeyd edilib. Ekspertlər bildirirlər ki, kiçik və daha ucuz süni zəka modellərinin sayının artması bütün sənayeni dəyişə bilər. Bu, süni zəkanın öyrədilməsi üçün milyardlarla dollar investisiya qoymağa, nəhəng məlumat mərkəzləri qurmağa və böyük həcmdə GPU almağa ehtiyac olmadığını sübut edə bilər.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır

Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır
Samsung ilk 6G üzrə ağ sənədini 2020-ci ildə yayımlamışdı və bugün şirkət gələcək rabitə texnologiyalarına doğru atdığı addımlarla bağlı daha çox məlumat paylaşır. Yeni ağ sənəddə qeyd olunur ki, Samsung ən son süni zəka texnologiyalarını telekommunikasiya sisteminə inteqrasiya etməyi hədəfləyir.
Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub

Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub
Böyük Britaniyadan olan tədqiqatçılar özünü bərpa edə bilən yeni növ asfalt hazırlayıblar. Bu material mikroçatları cəmi bir saat ərzində öz-özünə aradan qaldıra bilir. Bitum və bitki sporlarından ibarət olan bu asfalt örtüyü yolların təmir xərclərini azaltmağa kömək edə bilər.
Google Gemini 2.0 Flash Thinking süni zəka modeli hamı üçün istifadəyə verilib

Google Gemini 2.0 Flash Thinking süni zəka modeli hamı üçün istifadəyə verilib
Google, süni zəka platforması Gemini üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə tətbiqə “məntiqi düşünmə” funksiyası olan təcrübi bir model əlavə edir. Bu model Gemini 2.0 Flash Thinking adlanır və mürəkkəb suallara cavab verməzdən əvvəl öz məntiqi düşünmə prosesini izah edir.
ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)

ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)
TikTok platformasının sahibi olan Çin texnologiya nəhəngi ByteDance şirkəti bu gün OmniHuman-1 adlı yeni süni zəka sistemini təqdim edib. Bu sistem praktiki olaraq reallıqdan fərqlənməyən saxta videolar (deepfake) yarada bilir.
Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib

Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib
Bu həftə Google şirkəti öz veb saytından süni zəkanın silah və ya nəzarət üçün istifadə edilməyəcəyinə dair öhdəlik vədini silib. Şirkət saytdakı süni zəka prinsipləri səhifəsini yeniləyərək, "Məqsədimiz olmayan tətbiqlər" bölməsini silib. Bu bölmə hələ ötən həftə saytda mövcud idi.
Həftənin xəbərləri

