main-post-cover

    Süni zəka bir foto sayəsində insanın karyera potensialını təyin edir

    Süni İntellekt
    10.02.2025
    Emil Nəcəfov
         Qlazqo Universitetinin tədqiqatçıları bir foto əsasında insanın karyera uğurunu qiymətləndirə bilən süni zəka sistemi hazırlayıblar. Alqoritm üz ifadəsi və üz cizgilərini analiz edərək insanın karyera pilləsində nə qədər irəliləyə biləcəyini proqnozlaşdırır. Tədqiqat şəxsiyyətin 5 əsas xüsusiyyətindən ibarət populyar modelə əsaslanır. Açıqfikirlilik, vicdanlıq, ekstraversiya (ünsiyyətcillik), mehribanlıq, nevrotiklik (emosional sabitlik). Bu model insanın yeni təcrübələrə açıqlığını, nizam-intizamını, sosiallığını, empatiya qabiliyyətini və emosional sabitliyini qiymətləndirmək üçün istifadə olunur.
         Bu parametrlər insanın bilik əldə etməyə nə dərəcədə maraqlı olduğunu, işlərində nə qədər dəqiq və nizamlı olduğunu, sosial aktivliyini, ətrafdakılara qarşı həssaslığını və stressə dözümlülüyünü müəyyən etməyə kömək edir. Araşdırma şəxsiyyət xüsusiyyətləri ilə peşəkar və akademik uğurlar arasında əlaqəni ortaya çıxarıb. Emosional cəhətdən qeyri-sabit insanlar yüksək maaşlı vəzifələrdə daha az təmsil olunurlar.
         Nizam-intizamın və təşkilatçılıq qabiliyyətinin olmaması aparıcı universitetlərə qəbul şansını azaldır. Bu metod üz təsvirlərini əhatə edən böyük məlumatlar bazası əsasında öyrədilmiş neyron şəbəkələrinə əsaslanır. Bu şəbəkələr insan simasındakı incə nümunələri müəyyən etməyi öyrənir və onları fərqli şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirirlər. Araşdırmalar göstərir ki, həm genetika, həm də erkən həyat təcrübəsi insanın üz quruluşuna və şəxsiyyətinə təsir edir. Bu, müəyyən üz cizgilərinin niyə spesifik xarakter xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini izah edir.
    Məsələn:
    - Əgər şəkilinizdə nevrotikliyə meyilli olduğunuz müəyyən edilərsə, iş üçün müraciət etdiyiniz zaman qəbul olunma ehtimalınız azalır
    - Əgər vicdanlıq səviyyəniz aşağıdırsa, universitetə qəbul edilməmək riskiniz var.
         Şəxsiyyət təhsil müəssisələrinə qəbul zamanı mühüm rol oynaya bilər, çünki universitetlər gələcək karyerada uğur qazana biləcək namizədləri seçməyə və şəxsiyyət baxımından müxtəlifliyə üstünlük verməyə çalışırlar. Ümumilikdə, şəxsiyyət bir çox həyati nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
         Bundan əlavə, süni zəka tərəfindən "daha arzuolunan" hesab edilən şəxsiyyət xüsusiyyətləri daha yüksək başlanğıc maaşı və zamanla daha sürətli maaş artımı ilə əlaqələndirilir. Maraqlıdır ki, bu şəxsiyyət xüsusiyyətləri işdə uğuru təxmin etmək baxımından irq, cəlbedicilik və təhsil səviyyəsi kimi amillərlə eyni dərəcədə əhəmiyyətli görünür. Bu proqnozlar sadəcə olaraq insanın zəka səviyyəsini ölçmür, çünki qiymətlərlə və test nəticələri ilə güclü əlaqəyə malik deyillər. Süni zəka aşağıdakı amilləri təhlil edir:
    - Üz simmetriyası
    - Çənə və almacıq quruluşu
    - Gözlərin yerləşməsi və ifadəsi.
         Daha sonra bu üz xüsusiyyətləri "Böyük Beşlik" şəxsiyyət modelinə (açıqfikirlilik, vicdanlıq, ekstraversiya, mehribanlıq, nevrotiklik) uyğunlaşdırılır. Araşdırmalar göstərib ki, vicdanlıq və ekstraversiya kimi xüsusiyyətlər karyera nəticələrini proqnozlaşdırmaqda mühüm rol oynayır. Məsələn, vicdanlıq səviyyəsi yüksək olan insanlar adətən daha yüksək maaş alır və daha yüksək vəzifələr tuturlar. Diqqətəlayiq məqam odur ki, süni zəkanın proqnozları, şəkillər illərlə fərq olsa belə, sabit qalıb.
         Bu, metodun zamanla nisbətən stabil olduğunu göstərir. Sistem eyni zamanda şəkil keyfiyyətini, işıqlandırmanı və üz ifadəsini nəzərə alaraq daha dəqiq nəticələr əldə etməyə çalışıb. Lakin süni zəka müəyyən nəticələri proqnozlaşdıra bilsə də, bu texnologiyanı işə qəbul və ya təhsildə sürətlə tətbiq etmək düzgün olmazdı.
         Yel Menecment Məktəbinin professoru Kelly Shue, insan xarakterinin peşəkar inkişafda mühüm rol oynadığını vurğulayır. Onun fikrincə, şəxsiyyət xüsusiyyətlərini bilmək gələcək karyera uğurlarını yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Lakin o, bu cür süni zəka sistemlərinin etik nəticələri barədə xəbərdarlıq edir. Süni zəkanın üz analizindən istifadə edərək şirkətlər və universitetlər tərəfindən seçim prosesində tətbiqi, namizədlərin qiymətləndirilməsində diskriminasiyaya səbəb ola bilər.
    Mənbə: Computerworld
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib
    deepseek-kicik-cip-istehsalcilari-ucun-tehluke-evezine-boyuk-sansa-cevrilib
    Dünyanın ilk hibrid kvant dil modeli (QLLM) anons edilib
    dunyanin-ilk-hibrid-kvant-dil-modelini-qllm-anons-edilib
    Yeni süni zəka modelinin öyrədilməsinə 50$-dan az vəsait sərf edilib
    yeni-suni-zeka-modelinin-oyredilmesine-50-dan-az-vesait-serf-edilib
    Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır
    samsung-6g-ye-suni-zekani-inteqrasiya-etmeyi-planlasdirir
    Süni zəka özü-özünü bərpa edə bilən asfaltın hazırlanmasında yardımçı olub
    suni-zeka-ozu-ozunu-berpa-ede-bilen-asfaltin-hazirlanmasinda-yardimci-olub