main-post-cover

    Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 14.9 milyard dollarlıq investisiyanı elan edib

    Süni İntellekt
    10.02.2025
    Emil Nəcəfov
         Səudiyyə Ərəbistanında LEAP 2025 texnologiya sərgisi başlayıb. OneArabia-nın məlumatına görə, Səudiyyə Ərəbistanının rabitə və informasiya texnologiyaları naziri Abdullah Alswaha ölkənin süni zəka sektoruna müxtəlif ölkələrin şirkətləri tərəfindən 14.9 milyard dollar həcmində investisiya yatırılacağını elan edib. Nazir bildirib ki, bu investisiyalar texnologiya sektorunun inkişafını və süni zəkaya əsaslanan innovativ iqtisadiyyata keçidi sürətləndirəcək. Bu da ölkənin neft hasilatından asılılığını azaltmağı hədəfləyən "Vision 2030" proqramının məqsədləri ilə üst-üstə düşür.
         Groq Aramco Digital şirkətləri Səudiyyə Ərəbistanını süni zəka sahəsində lider etmək məqsədilə İT infrastruktura 1.5 milyard dollar investisiya yatıracaqlarını elan ediblər. Şirkətlər ölkədə süni zəka üçün dünyanın ən böyük hesablama mərkəzini qurmağı planlaşdırırlar. Bu mərkəz Groq sürətləndiricilərinə əsaslanacaq. Bundan əlavə, Lenovo Səudiyyə Dövlət İnvestisiya Fonduna məxsus Alat şirkəti süni zəka və robototexnika əsaslı qabaqcıl istehsalat mərkəzi yaratmaq üçün 2 milyard dollar investisiya yatırmaq planlarını təsdiqləyiblər. Həmçinin, Lenovo-nun regional qərargahı Ər-Riyadda yerləşəcək.
         Google, Səudiyyə Ərəbistanında süni zəka infrastrukturu mərkəzi yaratmağı planlaşdırır. Bu mərkəz regional və beynəlxalq bazarda süni zəka xidmətlərinə olan tələbatı qarşılamağa yönəlib. Bundan əvvəl Amazon Web Services-in 2026-cı ilə qədər yeni bulud regionu qurmaq üçün 5.3 milyard dollar investisiya yatırmağı və yerli tərtibatçıların təlimlərinə dəstək verməyi planlaşdırdığı məlum olub. Aramco Digital, Armada Microsoft, Səudiyyə Ərəbistanında kənar hesablama (edge computing) üçün konteyner əsaslı məlumat mərkəzləri açmağı planlaşdırırlar. Microsoft artıq 2024-cü ilin sonuna qədər ölkədə üç məlumat mərkəzi tikib.
         Bu layihəyə 2.1 milyard dollar investisiya yatırılması barədə qərar 2 il əvvəl elan edilmişdi. Databricks, Platform-as-a-Service (PaaS) həllərinə 300 milyon dollar ayıraraq tətbiq tərtibatçılarını dəstəkləyəcək və ölkədə məlumat mühəndisliyi sahəsində ekspertizanın inkişafına töhfə verəcək. SambaNova, qabaqcıl süni zəka infrastrukturu yaratmaq üçün 140 milyon dollar investisiya ayırdığını elan edib. Bu investisiya Səudiyyə Ərəbistanının regional innovasiya mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. KKR Gulf Data Hub, məlumat mərkəzlərinin inkişafına böyük sərmayələr yatırdıqlarını açıqlayıb. Bu investisiyalar 300 meqavatlıq yeni hesablama gücünün yaradılmasını nəzərdə tutur.
         Salesforce, Səudiyyə Ərəbistanında Hyperforce platformasını genişləndirmək üçün 500 milyon dollar investisiya yatıracaq. Bu addım regional müştərilərə daha yaxşı xidmət göstərmək məqsədi daşıyır. Tencent Cloud, süni zəka inteqrasiyasına malik yeni bulud regionunun yaradılması üçün 150 milyon dollar ayıracaq. Alibaba Cloud, Tuwaiq Academy STC ilə birlikdə ölkədə süni zəka imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş proqrama start verir. Bu təşəbbüs yerli istedadların qabaqcıl texnologiyalar üzrə təliminə yönəlib. Qualcomm, Qualcomm Cloud AI platformasında ALLaM adlı böyük dil modelinin (LLM) istifadəyə verildiyini elan edib. Bundan əlavə, şirkət tərtibatçılar üçün ALLaM AI PC həllini təqdim edib.
    Mənbə: Onearabia
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük İT şirkətlər bu il süni zəkaya 300 milyard dollardan çox investisiya yatıracaqlar
    boyuk-it-sirketler-bu-il-suni-zekaya-300-milyard-dollardan-cox-investisiya-yatiracaqlar
    DeepSeek artıq 15 milyondan çox aktiv istifadəçi kütləsinə sahibdir
    deepseek-artiq-15-milyondan-cox-aktiv-istifadeci-kutlesine-sahibdir
    Süni zəka bir foto sayəsində insanın karyera potensialını təyin edir
    suni-zeka-bir-foto-sayesinde-insanin-karyera-potensialini-teyin-edir
    DeepSeek kiçik çip istehsalçıları üçün təhlükə əvəzinə böyük şansa çevrilib
    deepseek-kicik-cip-istehsalcilari-ucun-tehluke-evezine-boyuk-sansa-cevrilib
    Dünyanın ilk hibrid kvant dil modeli (QLLM) anons edilib
    dunyanin-ilk-hibrid-kvant-dil-modelini-qllm-anons-edilib