
Meta fiziki qanunları başa düşən süni zəka sistemi hazırlayıb
Süni İntellekt
12.06.2025
Emil Nəcəfov
Meta şirkəti robotlar və avtonom nəqliyyat vasitələrinin fiziki dünyanı daha yaxşı qavramasını təmin etmək məqsədilə yeni süni zəka modeli olan V-JEPA 2-nin istifadəyə verildiyini elan edib. Bu model üçölçülü məkanı analiz edə və obyektlərin davranışını böyük həcmdə məlumat tələb etmədən proqnozlaşdıra bilir. Məsələn, V-JEPA 2 masadan diyirlənən bir topun yerə düşəcəyini və ya baxış bucağından çıxmış bir obyektin yox olmadığını, sadəcə görünmədiyini müəyyən edə bilər. Bu, modelə reallıq haqqında daxili təsəvvür formalaşdırmağa və qərarlarını fiziki qanunları nəzərə alaraq verməyə imkan yaradır.

Bu inkişaf, sadəcə məlumatı emal etməklə kifayətlənməyən, həm də öz fəaliyyətini planlaşdıra bilən sistemlərin yaradılmasına doğru bir addım kimi təqdim olunur. Meta şirkətinin süni zəka üzrə baş elmi rəhbəri Yann LeCun bildirib ki, fiziki dünyanı anlamaq, təbii dili emal etməkdən prinsipcə fərqli yanaşma tələb edir. “Robotlara fiziki dünyanı anlamağa imkan vermək, onlara insan nitqini başa salmaqla eyni şey deyil” - deyə LeCun vurğulayıb.

O, əlavə edib ki, bu model reallığın abstrakt rəqəmsal əkizinə bənzəyir və süni zıkanın öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmasına kömək edir. Texnologiya robotlarla çatdırılma xidmətlərində və ətraf mühiti ani şəkildə təhlil etməli olan pilotsuz avtomobillərdə tətbiq oluna bilər. CNBC-nin məlumatına görə, Meta-nın süni zəka strategiyasını inkişaf etdirmək və OpenAI, Microsoft və Google ilə rəqabət aparmaq məqsədilə şirkətin rəhbəri Mark Zuckerberg, baş direktoru və təsisçisi Alexandr Wang olan Scale AI şirkətinə 15 milyard dollar investisiya yatırmağı da planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mark Zuckerberg super zəkanın hazırlanmasına 15 milyard dollar investisiya yatırmağı planlaşdırır

Mark Zuckerberg super zəkanın hazırlanmasına 15 milyard dollar investisiya yatırmağı planlaşdırır
Metakainat layihəsinin uğursuzluğundan sonra tanınmış milyarder Mark Zuckerberg diqqətini süni zəka sahəsinə yönəldib. Zuckerberg-in şirkəti Meta, süni zəka üzrə ixtisaslaşmış Kaliforniya şirkəti Scale AI ilə birgə layihəyə demək olar ki, 15 milyard dollar investisiya yatırmağa hazırdır.
Süni zəka əsaslı treyder adi treyderlərlə müqayisədə 6 dəfə effektiv olub

Süni zəka əsaslı treyder adi treyderlərlə müqayisədə 6 dəfə effektiv olub
Stenford Ali Biznes Məktəbinin alimlər komandası yalnız açıq mənbəli məlumatlardan istifadə etməklə investisiya fondlarının menecerlərinin fəaliyyətini təkmilləşdirmək qabiliyyətinə malik olub-olmadığını anlamaq üçün investisiya strategiyalarını təhlil edən çat-bot hazırlayıb.
Süni zəka İT sektordakı iş yerlərini artıq zəbt edir

Süni zəka İT sektordakı iş yerlərini artıq zəbt edir
ABŞ-da İT mütəxəssisləri arasında işsizlik səviyyəsi may ayında 5.5%-ə yüksəlib. Bu göstərici artıq ardıcıl beşinci aydır ki, davamlı olaraq artır və ölkə üzrə orta göstəricini üstələyir.
ChatGPT-nin bir sorğuya hansı miqdarda sudan istifadə etdiyi açıqlanıb

ChatGPT-nin bir sorğuya hansı miqdarda sudan istifadə etdiyi açıqlanıb
OpenAI-nin baş direktoru Sam Altman öz bloqunda ChatGPT çat-botunun nə qədər resurs istehlak etdiyini açıqlayan bir məqalə dərc edib.
Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"

Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"
Apple ən yeni böyük düşünmə qabiliyyətinə malik süni zəka modelləri (LRM - Large Reasoning Models) üzrə apardığı araşdırmanın nəticələrini təqdim edib. Hesabatdan belə nəticə çıxır ki, LRM-lər orta çətinlikdə olan tapşırıqların yerinə yetirilməsində klassik böyük dil modellərini (LLM - Large Language Models) üstələsələr də, daha mürəkkəb tapşırıqlarda gözlənilən nəticələri vermirlər.
Həftənin xəbərləri

