
ChatGPT-nin bir sorğuya hansı miqdarda sudan istifadə etdiyi açıqlanıb
Süni İntellekt
12.06.2025
Emil Nəcəfov
OpenAI-nin baş direktoru Sam Altman öz bloqunda ChatGPT çat-botunun nə qədər resurs istehlak etdiyini açıqlayan bir məqalə dərc edib. O bildirib ki, çat-botun bir sorğusunu yerinə yetirmək üçün təxminən 0.000085 qallon su, yəni təxminən 1/15 çay qaşığı sərf olunur. “İnsanlar tez-tez ChatGPT sorğusunun nə qədər enerji istifadə etdiyini soruşurlar. Orta hesabla bir sorğu təxminən 0.34 vatt-saat enerji sərf edir. Bu da təxminən sobanın bir saniyəyə sərf etdiyi və ya yüksək səmərəli lampanın bir neçə dəqiqəyə istifadə etdiyi enerji qədərdir” - deyə Altman bildirib.

O həmçinin qeyd edib ki, məlumat mərkəzlərinin avtomatlaşdırılması artdıqca süni zəkanın dəyəri nəticə etibarilə elektrik enerjisinin dəyərinə yaxınlaşmalıdır. Altman əmindir ki, 2030-cu ilə qədər həm süni zəka, həm də enerji bolluqda olacaq. Süni zəka şirkətləri enerji sərfiyyatının yüksəkliyi səbəbilə diqqət mərkəzinə düşüblər. Tədqiqatçılar proqnozlaşdırırlar ki, 2025-ci ilin sonuna qədər süni zəka texnologiyaları bitcoin mayninqindən daha çox enerji istehlak edəcəklər.
Ötən il The Washington Post nəşrində dərc olunmuş bir məqalədə qeyd olunurdu ki, GPT-4 əsaslı süni zəka çat-botu tərəfindən yaradılmış 100 sözdən ibarət bir elektron məktubun generasiyası bir butulkadan bir qədər çox su tələb edir. Məqalədə bildirilirdi ki, su ehtiyatlarının istifadəsi əsasən məlumat mərkəzinin yerləşdiyi coğrafi ərazidən asılıdır. Bu arada, Microsoft-un təsisçisi Bill Gates də Altman-la oxşar fikirdədir. O, hesab edir ki, süni zəkanın enerji tələbatı barədə narahatlığa əsas yoxdur, çünki sonda süni zəka özü enerji sərfiyyatını azaltmağın və dayanıqlı enerjiyə keçidin yollarını tapacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI illik 10 milyard dollar gəlir tempinə çatıb

OpenAI illik 10 milyard dollar gəlir tempinə çatıb
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti elan edib ki, onun illik gəliri cari tempə əsasən 10 milyard dollara çatıb. Bu rəqəm 2024-cü ilin dekabrında qeydə alınmış 5.5 milyard dollarlıq göstəricidən demək olar ki, 2 dəfə çoxdur.
Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"

Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"
Apple ən yeni böyük düşünmə qabiliyyətinə malik süni zəka modelləri (LRM - Large Reasoning Models) üzrə apardığı araşdırmanın nəticələrini təqdim edib. Hesabatdan belə nəticə çıxır ki, LRM-lər orta çətinlikdə olan tapşırıqların yerinə yetirilməsində klassik böyük dil modellərini (LLM - Large Language Models) üstələsələr də, daha mürəkkəb tapşırıqlarda gözlənilən nəticələri vermirlər.
OpenAI o3-pro süni zəka modelini təqdim edib

OpenAI o3-pro süni zəka modelini təqdim edib
OpenAI süni zəka modelinin təkmilləşdirilmiş versiyası olan o3-pro modelini təqdim edib. Bu model əvvəlki o3 versiyası ilə müqayisədə daha inkişaf etmiş və güclüdür.
Anthropic ABŞ hərbçiləri və kəşfiyyatı üçün süni zəka modelləri hazırlayıb

Anthropic ABŞ hərbçiləri və kəşfiyyatı üçün süni zəka modelləri hazırlayıb
Anthropic şirkəti ABŞ-ın müdafiə və kəşfiyyat agentlikləri üçün xüsusi olaraq hazırlanmış məhsulunu təqdim edib. Claude Gov modelləri sərt mənəvi-etik məhdudiyyətlərdən azaddır və məxfi məlumatları daha yaxşı analiz etmək bacarığına malikdirlər.
Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir

Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir
Görünür, son aylar ərzində Microsoft və OpenAI arasında milyardlarla dollarlıq tərəfdaşlıq zəifləyib, çünki hər iki şirkət bir-birindən asılılığı azaltmağa çalışır. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin Microsoft-un baş direktoru Satya Nadella vəziyyətə aydınlıq gətirib.
Həftənin xəbərləri

