Gemini iPhone və iPad-də Chrome brauzerinə əlavə olunub
Süni İntellekt
11.12.2025
Sevinc Miralızadə
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google 2025-ci ilin əvvəlində masaüstü və Android üçün istifadəyə verdiyi Gemini süni intellekt funksiyasını nəhayət ki, iPhone və iPad-də Chrome brauzerinə də əlavə edib. Bu inteqrasiya sayəsində istifadəçilər səhifələri xülasə edə, oxuduqları mövzu ilə bağlı izahlar ala və öyrəndikləri bilikləri sınaya bilərlər. Bununla belə, şirkət AI cavablarının həmişə düzgün olmayacağını və vacib qərarlar üçün ona güvənməməyi tövsiyə edir.
iOS cihazınızda Chrome yeniləndikdən sonra, ünvan sətrinin solunda yer alan işarəyə toxunduqda yeni “Pages tool” menyusu açılır. Buradan “Ask Gemini” bölməsi vasitəsilə həm açıq olan veb-səhifə, həm də istənilən mövzu haqqında AI ilə söhbət etmək mümkündür. Hazırda Gemini funksiyası yalnız ABŞ üçün Chrome-da İngilis dili seçilmiş iPhone və iPad-lərdə aktivdir. Chrome hesabına giriş tələb olunur və bu funksiya incognito rejimində işləmir. Bundan əlavə, funksiyadan yalnız 18 yaşdan yuxarı istifadəçilər yararlana bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatlarının baş prokurorları AI şirkətlərinə psixoloji zərər yarada bilən cavabları aradan qaldırmaq üçün sərt təhlükəsizlik tədbirləri tətbiq etmələri barədə ciddi xəbərdarlıq edib.
Google Hindistanda ucuz AI Plus planını təqdim etdi
Google Hindistanda ucuz AI Plus planını təqdim etdi
Google Hindistanda ChatGPT Go ilə rəqabət aparmaq üçün 5 dollardan ucuz olan AI Plus planını istifadəyə verdi.
"Gemini" 2025-ci ilin ən çox trend olan "Google" axtarışı oldu
"Gemini" 2025-ci ilin ən çox trend olan "Google" axtarışı oldu
“Year in Search 2025” hesabatı pop mədəniyyəti, internet trendləri, əyləncə, idman və xəbərlər kimi bir çox sahələrdə insanların nəyi daha çox araşdırdığını göstərir.
Google 2025-ci ilin ən yaxşı Chrome yeniləmələrini elan edib
Google 2025-ci ilin ən yaxşı Chrome yeniləmələrini elan edib
Google-un 2025 siyahısı Chrome istifadəçiləri üçün AI əsaslı yeniləmələr təqdim edir.
Chrome istifadəçilərinə 1 illik pulsuz Photoshop Web imkanı təqdim olunur
Chrome istifadəçilərinə 1 illik pulsuz Photoshop Web imkanı təqdim olunur
Chrome Photoshop genişlənməsini quraşdıran istifadəçilərə 1 illik pulsuz Photoshop Web abonementi təklif edir və bu imkan 8 dekabr 2025-ə qədər keçərlidir.
Həftənin xəbərləri