"Gemini" 2025-ci ilin ən çox trend olan "Google" axtarışı oldu
Sosial Media
05.12.2025
Sevinc Miralızadə
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google hər il olduğu kimi bu il də dünyada ən sürətlə populyarlıq qazanan axtarış sorğularını açıqlayıb. “Year in Search 2025” hesabatı pop mədəniyyəti, internet trendləri, əyləncə, idman və xəbərlər kimi bir çox sahələrdə insanların nəyi daha çox araşdırdığını göstərir. Qeyd edək ki, siyahı ümumi ən çox axtarılan sözləri deyil, 2024-lə müqayisədə axtarış həcmi sürətlə yüksələn mövzuları əks etdirir.
Gemini – ilin ən sürətli yüksələn axtarış sorğusu
2025-ci ilin bir nömrəli trend axtarış sorğusu Google-un süni intellekt çatbotu Gemini olub. Ardınca “India vs England” idman qarşılaşması və ABŞ-də müzakirələrə səbəb olan Charlie Kirk gəlir. İl ərzində yüksəlişə keçən digər süni intellekt alətlərindən biri olan DeepSeek isə siyahıda yeddinci sırada qərarlaşıb.
Google-un məlumatına görə, 2025-ci ildə dünyada ən çox trend olan xəbər mövzusu Charlie Kirk olub. Xüsusilə “Charlie Kirk assassination” sorğusu ilin ən çox artan xəbər axtarışı kimi qeydə alınıb.
2025-ci ildə mətbəx trendlərinə gəlincə, insanlar ən çox hot honey adlı şirin-acı sousun hazırlanma qaydasını axtarıb. “Marry Me Chicken” və Argentinaya məxsus məşhur chimichurri sousu ilk üçlüyü tamamlayıb.
İlin ən trend filmi “Anora” olub. Onu “Superman” və “Minecraft Movie” izləyib. Aktyor kateqoriyasında isə “Anora” filminin baş rol ifaçısı Mikey Madison 2025-in ən çox trend olan aktyoru seçilib. Marvel-in “Thunderbolts” filmindən Lewis Pullman ikinci, “Superman” filmindən Isabela Merced isə üçüncü yerdədir.
İdman sahəsində ən çox trend olan sorğu FIFA Club World Cup olub. Daha sonra Asia Cup və ICC Champions Trophy gəlir. Ən çox axtarılan idman klubu isə Paris Saint-Germain (PSG) olub. İkinci yerdə Benfica, üçüncü yerdə isə Toronto Blue Jays qərarlaşıb.
Podkast kateqoriyasında siyahının başında “The Charlie Kirk Show” dayanır. Sonrakı yerlərdə Jason və Travis Kelce qardaşlarının məşhur idman podkastı “New Heights” və siyasi mövzulu “This Is Gavin Newsom” var.
Kitablar sahəsində ən çox trend olan axtarış Colleen Hoover-in “Regretting You” əsəri olub. Onu Rebecca Yarros-un “Onyx Storm” və Navessa Allen-in “Lights Out” romanları izləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Maps naviqasiya üçün Gemini AI inteqrasiyasını istifadəyə verdi
Google Maps naviqasiya üçün Gemini AI inteqrasiyasını istifadəyə verdi
Google Maps indi naviqasiya zamanı Google Assistant-ı əvəz edən Gemini AI ilə daha ağıllı, kontekstual və funksional səsli köməkçi təcrübəsi təqdim edir.
Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
Ötən il Google axtarış sistemində süni intellekt tərəfindən yaradılan icmal funksiyasını istifadəyə verdi - ilk mərhələdə o qədər də uğurlu olmayan bu təcrübə göstərdi ki, bu xidmətin nəticələri onilliklərdir istifadəçilərə təqdim edilən ənənəvi keçidli axtarış nəticələrindən xeyli fərqlənir.
Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
Avropa Yayım Birliyi (EBU) və BBC tərəfindən aparılmış yeni araşdırmaya görə, aparıcı süni intellekt köməkçiləri cavablarının demək olar ki, yarısında xəbər məzmununu təhrif edir.
Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
Avqust ayında Google yüksək dəqiqliklə foto redaktə prosesinə nəzarət etməyə imkan verən Gemini 2.5 Flash Image adlı süni intellekt modelini təqdim etdi. Bu alət Gemini tətbiqinin bütün istifadəçiləri üçün pulsuz şəkildə əlçatan oldu, həmçinin tərtibatçılar xidməti öz məhsullarına inteqrasiya etmək üçün uyğun API-dan nisbətən aşağı ödəniş qarşılığında istifadə edə bilərlər.
Google Gemini mobil Chrome-da veb səhifələrin məzmununu xülasə şəklində təqdim etməyi öyrənib
Google Gemini mobil Chrome-da veb səhifələrin məzmununu xülasə şəklində təqdim etməyi öyrənib
Süni intellekt əsaslı Google Gemini köməkçisi artıq Android üçün Chrome brauzerində açılan səhifələrin məzmununu xülasə şəklində təqdim edə bilir - bunun üçün sadəcə süni intellekt köməkçisini aktivləşdirmək kifayətdir.
Həftənin xəbərləri