main-post-cover

    Chrome istifadəçilərinə 1 illik pulsuz Photoshop Web imkanı təqdim olunur

    Digər
    28.11.2025
    Sevinc Miralızadə
        Technote.az "NewsBytes" platformasına istinadən bildirir ki, Google Chrome Photoshop-un yeni brauzer genişlənməsini quraşdıran istifadəçilərə bir illik pulsuz Photoshop Web abonementi təklif edir. Adobe-nin açıqlamasına görə, bu funksiya kontent yaradıcıları, dizaynerlər, marketoloqlar və gündəlik sürətli şəkil redaktəsinə ehtiyacı olan hər kəs üçün nəzərdə tutulub. Kampaniya 8 dekabr 2025-ə qədər keçərlidir.
        İstifadəçilər əvvəlcə Google Chrome brauzerini açaraq Photoshop-u Chrome Web Store-dan yükləməlidirlər. Bunun üçün birbaşa uzantı səhifəsinə keçmək və ya mağazada “Photoshop” axtarmaq kifayətdir. Daha sonra “Add to Chrome” düyməsinə kliklənir və genişlənmə brauzerə əlavə olunur. Genişlənmə quraşdırıldıqdan sonra istifadəçi Adobe hesabına giriş etməlidir. Hesaba daxil olduqdan sonra Photoshop Web üçün 1 illik pulsuz abonement avtomatik olaraq aktivləşir. Proses sürətli və sadədir, yükləmədən dərhal sonra Photoshop Web-dən istifadə etməyə başlamaq mümkündür.
        Yeni Photoshop genişlənməsi sayəsində istifadəçilər şəkillərin fonunu silə, rəngləri tənzimləyə və digər sadə dəyişiklikləri birbaşa Chrome üzərindən həyata keçirə bilir. Artıq internetdən şəkil endirib yenidən Photoshop-a yükləməyə ehtiyac qalmır. Şəkillər üzərində sağ klik edərək və ya uzantının menyusundakı Photoshop ikonuna toxunaraq redaktəyə başlamaq mümkündür. Daha geniş imkanlara gəlincə, istifadəçilər parlaqlıq, kontrast, saturasiya kimi parametrləri detallı şəkildə idarə edə, sosial şəbəkələr üçün hazır kəsim ölçülərindən istifadə edə və son nəticəni birbaşa cihazlarına ixrac edə bilirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini mobil Chrome-da veb səhifələrin məzmununu xülasə şəklində təqdim etməyi öyrənib
    google-gemini-mobil-chrome-da-veb-sehifelerin-mezmununu-xulase-seklinde-teqdim-etmeyi-oyrenib
    Chrome istifadəçinin əhəmiyyət vermədiyi veb-saytlardan olan bildirişləri bloklayacaq
    chrome-istifadecinin-ehemiyyet-vermediyi-veb-saytlardan-olan-bildirisleri-bloklayacaq
    Chrome-un Android versiyası veb-səhifənin mətnini podkast tərzində səsləndirməyi öyrənib
    chrome-un-android-versiyasi-veb-sehifenin-metnini-podkast-terzinde-seslendirmeyi-oyrenib
    Google Chrome-a Gemini əsaslı süni intellekt agenti inteqrasiya olunacaq
    google-chrome-a-gemini-esasli-suni-intellekt-agenti-inteqrasiya-olunacaq
    Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib
    mehkeme-google-u-chrome-brauzerini-satmaga-mecbur-etmekden-imtina-edib