
Fransa prezidenti süni zəka sahəsinə 109 milyard avroluq investisiyanı elan edib
Süni İntellekt
11.02.2025
Emil Nəcəfov
Fransa prezidenti Emmanuel Macron süni zəkanın inkişafına 109 milyard avro məbləğində böyük investisiyalar elan edib. Bu qərar, 500 milyard dollar dəyərində investisiya nəzərdə tutan ABŞ layihəsi “Stargate”ə Fransanın cavabı kimi qiymətləndirilir. Açıqlama hazırda Parisdə keçirilən üçüncü beynəlxalq süni zəka sammiti çərçivəsində verilib. TechCrunch-ın məlumatına görə, investisiyaların əsas hissəsi süni zəkaya yönəlmiş yeni məlumluat mərkəzlərinin tikintisinə sərf ediləcək. Əsas investorlar siyahısında təxminən 50 milyard avroluq paya sahib olan Birləşmiş Ərəb Əmirlikləri, Kanada şirkəti Brookfield (20 milyard avro), Fransanın dövlət investisiya bankı Bpifrance (10 milyard avro) və telekommunikasiya şirkəti Iliad (3 milyard avro) yer alır.

Hazırda elan edilmiş ümumi investisiya məbləği 83 milyard avro təşkil edir. Gözlənilir ki, Orange və Thales kimi digər şirkətlər də bu proqrama qoşulacaq. Macron, həmçinin süni zəka sahəsində fəaliyyət göstərən Mistral, Owkin və Wandercraft kimi Fransız startaplarının qərargahlarını ABŞ-a köçürmələri mövzusuna toxundu. O, Avropanın rəqabət qabiliyyətinə inamını ifadə edərək, DeepSeek kimi layihələrin sənayenin liderlərini yaxalamaq imkanını nümayiş etdirdiyini vurğuladı. "Hamı düşünürdü ki, daha böyük və güclü olmaq lazımdır. Lakin DeepSeek, OpenAI-nin son modelindən istifadə edərək və onu uyğunlaşdıraraq, daha qənaətcil yanaşmanın mümkün olduğunu sübut etdi" - deyə Macron bildirib.
Mistral şirkətinin həmtəsisçisi və baş direktoru Arthur Mensch, Fransada süni zəka klasterinin yaradılmasına bir neçə milyard avro investisiya yatırmağı planlaşdırdıqlarını elan etdi. Xatırladaq ki, Mistral, Alibaba, Anthropic, DeepSeek, Meta və OpenAI kimi texnologiya nəhənglərinin məhsulları ilə rəqabət apara bilən əsas süni zəka modelləri hazırlayan nadir Avropa şirkətlərindən biridir. "Biz elə bir klaster yaradacağıq ki, bir neçə ay ərzində daha da effektiv sistemlərin hazırlanmasına imkan verəcək" - deyə Mensch əminliklə bəyan edib.

Fransa istehlak etdiyindən daha çox elektrik enerjisi istehsal edir və əsas enerji atom elektrik stansiyalarında istehsal olunduğuna görə, enerji tutumlu məlumat mərkəzlərinin yerləşdirilməsi üçün cəlbedici məkan hesab olunur. Qeyd olunur ki, Fransa qonşu ölkələrə də elektrik enerjisi ixrac edir və bu da xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, Macron vurğulayıb ki, sabit və ekoloji cəhətdən təmiz enerji sistemi Fransanı süni zəka sahəsində böyük layihələrin həyata keçirilməsi üçün ideal məkana çevirir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gmail hesablarına süni zəka əsaslı fişinq hücumları edilir

Gmail hesablarına süni zəka əsaslı fişinq hücumları edilir
Son zamanlar Gmail istifadəçiləri daha mürəkkəb fişinq (phishing) hücumları ilə qarşılaşır. Bu vəziyyət ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) Gmail istifadəçiləri üçün ciddi xəbərdarlıq etməsinə səbəb olub.
OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər

OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
Süni zəka sahəsində aparıcı şirkət olan OpenAI, NVIDIA istehsalı olan süni zəka sürətləndiricilərindən asılılığını azaltmaq üçün ciddi səylər göstərir. Açıqlandığına görə, OpenAI qarşıdakı bir neçə ay ərzində öz çipinin hazırlanmasını başa çatdırmağı və onu TSMC şirkətinin zavodlarında ən qabaqcıl texnoloji proseslərdən istifadə edərək istehsal etməyi planlaşdırır.
Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"

Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"
OpenAI şirkətinin CEO-su Sam Altman yeni essedə bildirib ki, şirkət süni zəkanı hər kəs üçün əlçatan etmək məqsədilə genişmiqyaslı investisiyalara və təcrübi yanaşmalara hazırdır. O, bir daha vurğulayıb ki, tezliklə ümumi süni zəka (AGI) ortaya çıxacaq və bu, iqtisadiyyatı köklü şəkildə dəyişəcək, elmi tərəqqini sürətləndirəcək və bir çox məhsulların qiymətini azaldacaq.
OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)

OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)
OpenAI ilk dəfə Super Bowl arenaya çıxdı və 60 saniyəlik reklam çarxı üçün 14 milyon dollar xərclədi. Bu reklam çarxı süni zəkanı insanlığın ən böyük texnoloji nailiyyətlərinin məntiqi davamı kimi təqdim edir.
Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 14.9 milyard dollarlıq investisiyanı elan edib

Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 14.9 milyard dollarlıq investisiyanı elan edib
Səudiyyə Ərəbistanında LEAP 2025 texnologiya sərgisi başlayıb. OneArabia-nın məlumatına görə, Səudiyyə Ərəbistanının rabitə və informasiya texnologiyaları naziri Abdullah Alswaha ölkənin süni zəka sektoruna müxtəlif ölkələrin şirkətləri tərəfindən 14.9 milyard dollar həcmində investisiya yatırılacağını elan edib.
Həftənin xəbərləri

