main-post-cover

    Bill Gates, süni zəka üzərində idarənin itirilməsi mövzusunda xəbərdarlıq edib

    Süni İntellekt
    21.02.2025
    Emil Nəcəfov
         “Gəncliyimdə məni həqiqətən narahat edən yeganə şey nüvə müharibəsi idi.” - deyə Bill Gates, Stripe şirkətinin baş direktoru Patrick Collison ilə uzun söhbətində bildirib. Lakin Microsoft-un həmtəsisçisi hesab edir ki, bugünkü gənclik də bənzər qorxularla üzləşir. Nüvə müharibəsi hələ də ciddi təhlükə olaraq qalır, lakin Gates daha dörd əsas problemi vurğulayaraq insanlığı xəbərdar etmək istəyir. Bunlar arasında bioterrorizm də yer alır - bu, təhlükəli viruslar, bakteriyalar, həşəratlar və ya digər bioloji silahların qəsdən yayılması ilə əlaqəli terrorizm formasıdır.
         Bundan əlavə, o, yeni bir pandemiyanın, iqlim dəyişikliyinin və qabaqcıl süni zəka üzərində nəzarətin itirilməsinin potensial təhlükələrini qeyd edib. Xüsusilə süni zəkanın idarəolunmaz hala gəlməsi məsələsinə Gates daha çox diqqət ayırıb. Bill Gates, süni zəkanın cəmiyyətdəki bərabərsizliyi daha da dərinləşdirə biləcəyindən narahatdır. O bildirib ki, süni zəka məhsuldarlığın kəskin artmasına səbəb ola bilər, lakin əməkçi sinif bundan faydalanmayacaq. Əksinə, böyük sərvət yenə də kiçik bir varlı təbəqənin əlində cəmləşəcək, bu isə gəlir bərabərsizliyini artıraraq sosial ədalətsizliyi gücləndirəcək.
    Geoffrey Hinton:
         Microsoft-un həmtəsisçisi süni zəkanın nəzarətdən çıxa biləcəyi barədə mütəmadi xəbərdarlıq edən elm adamlarından biridir. Eyni mövqeni süni zəkanın qabaqcıl şəxslərindən biri olan Geoffrey Hinton da paylaşır. Hinton 2023-cü ilin may ayında Google-dan ayrıldıqdan sonra süni zəkanın yaratdığı risklər barədə daha açıq danışmağa başlayıb. O vurğulayıb ki, süni zəkanın inkişafı yalnız bir neçə mütəxəssisin əlində olmamalıdır. Hinton-un sözlərinə görə, tərtibatçılar süni zəkanın insanları üstələyib idarəni ələ keçirmə potensialını daha yaxşı anlamaq üçün daha çox səy göstərməlidirlər. Hinton etiraf edib ki, 5 il əvvəl süni zəkanın təhlükələrini tamamilə fərqli qiymətləndirirdi.
         Lakin son 5 ildə süni zəkanın necə inkişaf etdiyini görüb və indi yaxın illərdə baş verə biləcək dəyişikliklər haqqında düşünmək onu qorxudur. Hinton süni zəka tərəfindən yaradılan saxta xəbərlərin böyük təhlükə törətdiyini xüsusi vurğulayıb. O, xüsusilə ChatGPT-yə bənzər texnologiyalar vasitəsilə istehsal olunan məzmunun manipulyasiya məqsədilə istifadə oluna biləcəyini qeyd edib. Bu səbəbdən belə məzmunların saxta olduqlarını açıq şəkildə göstərən işarələrin olması zəruridir. Hinton-un təkliflərindən biri süni zəka tərəfindən yaradılan materialların xüsusi bir rəqəmsal su nişanı ilə işarələnməsidir.
         Bu, kağız pullarda istifadə edilən qoruyucu nişanlara bənzər bir texnologiya ola bilər, beləliklə süni zəka tərəfindən yaradılan məzmunu asanlıqla müəyyən etmək mümkün olar. Lakin Bill Gates süni zəkanın yalnız təhlükələrini deyil, eyni zamanda onun gətirdiyi inqilabi imkanları da görür. O qeyd edir ki, bu texnologiya əvvəllər mümkünsüz hesab edilən yenilikləri gerçəkləşdirə bilər. Gates xüsusilə tibbdə süni zəkanın böyük potensiala malik olduğunu bildirib. Onun fikrincə, bu texnologiya Alzheimer, QİÇS, poliomielit, qızılca malyariya kimi xəstəliklərə qarşı daha effektiv dərmanların hazırlanmasına kömək edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft video oyunların hazırlanması prosesində süni zəkadan istifadə etmək istəyir
    microsoft-video-oyunlarin-hazirlanmasi-prosesinde-suni-zekadan-istifade-etmek-isteyir
    Microsoft video oyunun gameplay hissələrini tərtib edə bilən süni zəka modelini yaradıb
    microsoft-video-oyunun-gameplay-hisselerini-tertib-ede-bilen-suni-zeka-modelini-yaradib
    Google tibbi araşdırmaları sürətləndirən süni zəka sistemi yaradıb
    google-tibbi-arasdirmalari-suretlendiren-suni-zeka-sistemi-yaradib
    OpenAI CEO-su Sam Altman süni zəka sahəsinə 5 trilyon dollar sərf etməyi planlaşdırır
    openai-ceo-su-sam-altman-suni-zeka-sahesine-5-trilyon-dollar-serf-etmeyi-planlasdirir
    Böyük dil modellərinin məlumatları insan beyni kimi emal etdikləri məlum olub
    boyuk-dil-modellerinin-melumatlari-insan-beyni-kimi-emal-etdikleri-melum-olub