main-post-cover

    Avropa süni zəka sahəsinə 200 milyard avro sərf edəcək

    Süni İntellekt
    11.02.2025
    Emil Nəcəfov
         Avropa Birliyi, ABŞ və Çinə rəqabət yaratmaq məqsədilə süni zəka sahəsinə 200 milyard avro məbləğində investisiya yatıracaq. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Parisdə keçirilən AI Action Summit tədbirində çıxışı zamanı bildirib. O, qeyd edib ki, European AI Champions Initiative adlı özəl investor qrupu artıq 150 milyard avro vəsait cəlb edib və Avropa Birliyinə üzv olan dövlətlər bu məbləğə əlavə olaraq 50 milyard avro da ayıracaqlar. "Biz istəyirik ki, Avropa süni zəka sahəsində aparıcı qitələrdən birinə çevrilsin. Bu, süni zəkanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi deməkdir. Tez-tez eşidirəm ki, Avropa bu yarışda ABŞ və Çindən geri qalır. Mən bu fikirlə razı deyiləm, çünki süni zəka sahəsində yarış hələ başa çatmayıb" - deyə von der Leyen vurğulayıb.
         200 milyard avro büdcəyə malik InvestAI Initiative layihəsi, Avropada süni zəka modellərinin öyrədiləcəyi giqa-fabriklərin tikintisini sürətləndirmək məqsədi daşıyır. Daha əvvəl Fransanın 109 milyard avro büdcəli oxşar layihə həyata keçirəcəyi məlum oldu. Fransa prezidenti Emmanuel Macron bu təşəbbüsün ABŞ-ın 500 milyard dollarlıq “Stargate” layihəsinə cavab olaraq yaradıldığını bildirmişdi. Bu investisiyalar, Avropa Birliyinin süni zəka sahəsində Çin və ABŞ-ı yaxalaması üçün nəzərdə tutulub.
         Bu ölkələr DeepSeekChatGPT kimi qabaqcıl süni zəka modellərinin inkişafında böyük uğurlar əldə ediblər. Avropa Birliyi keçən il dünyada ilk dəfə olaraq hərtərəfli “Süni Zəka Qanunu” qəbul etdi. "Süni zəka səhiyyəmizi yaxşılaşdıracaq, elmi tədqiqat və innovasiyalarımızı təşviq edəcək, eləcə də rəqabət qabiliyyətimizi artıracaq. Biz istəyirik ki, süni zəka inkişaf və rifah üçün bir güc olsun. Bunu özümüzə məxsus Avropa yanaşması ilə edəcəyik - açıqlıq, əməkdaşlıq və istedadların dəstəklənməsi prinsipinə əsaslanaraq" - deyə von der Leyen vurğulayıb.
    Mənbə: Europa.eu
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka vasitəsilə tərtib edilmiş rəsm əsərlərinin hərrac sərgisi keçiriləcək
    suni-zeka-vasitesile-tertib-edilmis-resm-eserlerinin-herrac-sergisi-kecirilecek
    Süni zəkadan həddindən artıq istifadə insanda idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər
    suni-zekadan-heddinden-artiq-istifade-insanda-idrak-qabiliyyetlerinin-pislesmesine-sebeb-ola-biler
    Google DeepMind CEO-su: "DeepSeek heç bir yeni elmi nailiyyət nümayiş etdirmir"
    google-deepmind-ceo-su-deepseek-hec-bir-yeni-elmi-nailiyyet-numayis-etdirmir
    DeepSeek bioloji silahlar barəsində məlumat verməyi bacarır
    deepseek-bioloji-silahlar-baresinde-melumat-vermeyi-bacarir
    Süni zəkanın “xaç anası”: "Süni zəka qanunları elmi fantastikaya deyil, real elmə əsaslanmalıdır"
    suni-zekanin-xac-anasi-suni-zeka-qanunlari-elmi-fantastikaya-deyil-real-elme-esaslanmalidir