Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb
Startup və Biznes
24.11.2023
Emil Nəcəfov
Bloomberg-in verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi öz növbəsində şirkətin vacib missiyası mövzusunda rəhbərlik ilə fikir ayrılığına səbəb olub. Məlumatda qeyd edilib ki, Altman-ın OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıtmasına baxmayaraq həllini gözləyən çoxlu sayda sual mövcuddur. Altman-ın şirkətə geri qayıtması ilə şirkətin direktorlar şurası nümayəndələri də dəyişib. Şirkətin müddətli yeni direktorlar şurasına Salesforce şirkətinin keçmiş CEO-su Bret Taylor, ABŞ-ın keçmiş maliyyə naziri Larry Summers və Quora servisinin CEO-su Adam D’Angelo daxil olublar.
Altman-ın özü isə hələ ki, direktorlar şurasına daxil olmayıb. Müddətli yeni direktorlar şurasının ilk işi OpenAI şirkətinin biznes məqsədləri ilə cəmiyyətin süni zəka risklərindən qorunması vacibliyi arasındakı tarazlığı formalaşdıra biləcək yeni rəhbərlərin tapılmasıdır. Şirkətin investorları həmçinin direktorlar şurasının investorlarla ünsiyyətdəki dəyişiklikləri də gözləyirlər. Bloomberg qeyd edib ki, Microsoft keçmiş direktorlar şurasının Altman-ı qovmaq barəsində səthi məlumatlar təqdim etməsindən qəzəblənmişdi. OpenAI şirkətinin digər bəzi investorları və əməkdaşları da Altman-ın işdən azad edilməsi səbəblərinin detallı şəkildə təqdim edilməməsindən narazı idilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad olunmasından bir neçə müddət öncə şirkətin bir neçə elmi əməkdaşı direktorlar şurasına məktub göndəriblər və həmin məktubda süni zəkanın hazırlanma prosesində heyrətləndirici sıçrayışın olduğu qeyd edilib.
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
OpenAI şirkəti elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botu ilə səsli ünsiyyət imkanı bütün istifadəçilər üçün təqdim edilib.
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib.
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib.
Sam Altman Microsoft şirkətinə qoşulub
Sam Altman Microsoft şirkətinə qoşulub
OpenAI şirkətinin əsas investoru olan Microsoft şirkəti dünyaya ChatGPT kimi bir sistemi bəxş etmiş bu şirkətin stabil şəkildə inkişafında maraqlı idi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!