main-post-cover

    ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib

    Servislər
    22.11.2023
    Emil Nəcəfov
         OpenAI şirkəti elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botu ilə səsli ünsiyyət imkanı bütün istifadəçilər üçün təqdim edilib. Beləliklə bu imkandan bundan sonra təkcə ChatGPT Plus istifadəçiləri deyil, həmçinin GPT-3.5 əsaslı pulsuz versiyanın istifadəçiləri də yararlana biləcəklər. Bunun sayəsində istifadəçi ilə ChatGPT arasındakı dialoq daha təbii qəbul ediləcək. Qeyd etmək lazımdır ki, çat-botla səsli ünsiyyət imkanı ChatGPT-nin mobil tətbiqində mövcuddur. Sözügedən funksiya ilk dəfə olaraq sentyabr ayında ödənişli ChatGPT Plus-ın istifadəçiləri arasında test edilmişdi.
         Funksiyanın əsasında mətni nitqə çevirə bilən təkmilləşdirilmiş sistem dayanır. Sözügedən sistem mətn və audio nümunələr əsasında insan nitqini generasiya edə bilir. Səsli ünsiyyət funksiyasından istifadə üçün ilk öncə ChatGPT-nin mobil versiyasını yükləmək lazımdır. ChatGPT-nin mobil tətbini App Store və ya Google Play-dən yükləmək olar. Funksiya tətbiq daxilindəki ayarlar bölməsində aktivləşdirilir. Onu aktivləşdirəndən sonra dialoq pəncərəsindəki qulaqlıq düyməsini klikləyərək üstünlük verilən səs variantını seçmək və daha sonra çat-bota müraciət etmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
    sam-altman-in-openai-sirketine-qayidisi-resmi-sekilde-elan-edilib
    OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
    openai-iscilerinin-95-i-sirketden-ayrilmaga-hazirdir
    Sam Altman Microsoft şirkətinə qoşulub
    sam-altman-microsoft-sirketine-qosulub
    OpenAI şirkətinə yeni CEO təyin edilib
    openai-sirketine-yeni-ceo-teyin-edilib
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir