main-post-cover

    Sam Altman Microsoft şirkətinə qoşulub

    Startup və Biznes
    20.11.2023
    Emil Nəcəfov
         OpenAI şirkətinin əsas investoru olan Microsoft şirkəti dünyaya ChatGPT kimi bir sistemi bəxş etmiş bu şirkətin stabil şəkildə inkişafında maraqlı idi. Lakin nəticədə OpenAI şirkətinin direktorlar şurası Sam Altman-ın şirkətə geri qayıtması mövzusundakı danışıqlarda uğurlu ola bilmədi. Nəticədə Sam Altman və OpenAI şirkətinin bir neçə keçmiş əməkdaşı artıq Microsoft şirkətinə keçid ediblər. Altman-ın OpenAI-dan ayrıldığı xəbərini alandan sonra Microsoft-un CEO-su Satya Nadella onunla əlaqə saxlayaraq ona bütün dəstəyini təqdim etməyə hazır olduğunu bildirib.
         İndi isə Nadella bildirib ki, Sam Altman, Greg Brockman və OpenAI şirkətinin bir neçə nəfər keçmiş əməkdaşı Microsoft şirkətinə qoşulublar. “Biz onların öz işlərində uğur qazanmaları üçün lazım olan bütün resursları təqdim etməyə çalışacağıq” - deyə Nadella qeyd edib. OpenAI şirkətinin keçmiş əməkdaşları Microsoft daxilində sıfırdan formalaşdırılmış şöbəyə daxil olacaqlar. Formalaşdırılmış şöbə isə öz növbəsində süni zəka sahəsindəki aparıcı tədqiqatların aparılmasında iştirak edəcək. Bununla belə Microsoft bildirib ki, o, OpenAI şirkəti ilə əməkdaşlığını davam etdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkətinə yeni CEO təyin edilib
    openai-sirketine-yeni-ceo-teyin-edilib
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
    sam-altman-in-openai-sirketine-qayidisi-muzakire-edilir
    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
    sam-altman-openai-sirketinin-ceo-vezifesinden-azad-edilib
    Microsoft fotorealistik avatarların yaradılması servisini təqdim edib (VİDEO)
    microsoft-fotorealistik-avatarlarin-yaradilmasi-servisini-teqdim-edib-video