
YouTube videoların müxtəlif dillərə dublyaj funksiyasını bütün müəlliflər üçün istifadəyə verib
Sosial Media
11.09.2025
Emil Nəcəfov
YouTube platforması videoların müxtəlif dillərə dublyaj funksiyasının rəsmi istifadəyə verildiyini elan edib. Bu funksiyanın sayəsində YouTube-da kontent yerləşdirən milyonlarla müəllif dünyanın daha geniş auditoriyasına çata biləcək. Müxtəlif dillərə dublyaj funksiyasının sınaqdan keçirilməsi üzrə pilot layihə YouTube komandası tərəfindən 2023-cü ildə işə salınmışdı. Layihədə amerikalı yutuberlər MrBeast, Mark Rober və aşpaz Jamie Oliver də daxil olmaqla məhdud sayda kontent yaradıcısı iştirak edib. Süni intellekt əsasında işləyən avtomatik dublyaj funksiyası müəllifin intonasiyasını və emosiyalarını ötürmək üçün Google-un Gemini modelindən istifadə edir.
YouTube-un məlumatına görə, birdən çox dildə audioyazılar yükləyən müəlliflərin videolarında baxış müddətinin orta hesabla 25%-dən çoxu əsas dildən başqa dillərdəki versiyalara düşüb. Xüsusilə aşpaz Jamie Oliver-in kanalında çoxdilli audioyazıların istifadəsi baxış sayını 3 dəfə artırmağa imkan verib. Mark Rober isə videolarında ən çox çoxdilli audioyazı yükləyənlərdən biridir - orta hesabla bir videoda 30-dan çox dil. Buna görə də onun yeni buraxılışlarını Seuldan tutmuş San-Pauluya qədər bütün izləyici icması izləyə bilir. YouTube komandası həmçinin məhdud sayda kontent müəlliflərinin iştirakı ilə çoxdilli miniatürlərin istifadəsini də sınaqdan keçirir. İyundan etibarən onlar beynəlxalq auditoriyanı nəzərə alaraq miniatürlərdəki mətnlərin digər dillərdə göstərilməsini tənzimləmək imkanı əldə ediblər. Dublyajdan keçmiş miniatürlər isə istifadəçilərin yerləşdikləri regionlarda üstünlük verdikləri dildə mətnləri əks etdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Veo 3 sosial şəbəkələr üçün şaquli videoları yaratmaq imkanını əldə edib

Google Veo 3 sosial şəbəkələr üçün şaquli videoları yaratmaq imkanını əldə edib
Video yaratmaq üçün generativ süni intellekt modeli olan Google Veo 3 artıq 16:9 şaquli formatı və 1080 piksel keyfiyyətini dəstəkləyir.
Google Gemini-yə audio faylların dəstəyi funksiyası əlavə edilib

Google Gemini-yə audio faylların dəstəyi funksiyası əlavə edilib
Google Gemini tətbiqinə bütün platformalarda - Android, iOS və veb versiyada - audio faylların yüklənməsi imkanını əlavə edib.
Google açıq internetin sürətli tənəzzülünü etiraf edib

Google açıq internetin sürətli tənəzzülünü etiraf edib
Google şirkəti ötən həftə ABŞ-da gedən məhkəmə prosesi çərçivəsində açıq internetin “sürətli tənəzzülünü” etiraf edib. Şirkət bildirib ki, hakimiyyətin tələb etdiyi reklam biznesinin məcburi bölünməsi bu prosesi yalnız sürətləndirəcək və gəlirini reklamlardan əldə edən nəşriyyatçılara zərər vuracaq.
Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb

Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb
Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib.
Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır.
Həftənin xəbərləri

