main-post-cover

    Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb

    Sosial Media
    09.09.2025
    Emil Nəcəfov
         Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib. Məhdudiyyətlər Facebook, X, Instagram və YouTube də daxil olmaqla 26 platformanı əhatə edirdi. 25 avqustda Nepal hökuməti xarici sosial şəbəkələrdən və servislərdən ölkədə yerli nümayəndəlik açmağı tələb etmişdi. Bunun üçün onlara 7 gün vaxt verilmişdi. ViberTikTok kimi bəzi platformalar bu tələbi yerinə yetirsələr də, əksəriyyəti etməmiş və nəticədə bloklamaya məruz qalmışdı. 8 sentyabr, bazar ertəsi günü isə minlərlə gənc, o cümlədən məktəblilər küçələrə çıxaraq sosial şəbəkələrə çıxışın bərpasını tələb ediblər.
         Yerli KİV-in məlumatına görə, bu etirazlar polislə toqquşmaya çevrilib və nəticədə polis atəş açıb. 19 nəfərin öldüyü, 100-dən çox insanın isə yaralandığı məlumdur. Həmin günün axşamı Nepalın rabitə və informasiya naziri Prithvi Subba Gurung jurnalistlərə açıqlamasında hökumətin ictimai narazılığa cavab olaraq bütün servislərə qoyulan bloklamanı ləğv etdiyini bildirib. Daha sonra ölkənin baş naziri Khadga Oli bəyan edib ki, etirazlar bəzi elementlərin müdaxiləsi səbəbindən zorakı xarakter alıb, halbuki hakimiyyət heç vaxt yeni nəslin tələblərinə qarşı çıxmayıb. Beynəlxalq insan haqları təşkilatları artıq Nepal hökumətinin hərəkətlərindən narahatlıqlarını ifadə ediblər. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının idarəsi ölkə hakimiyyətini sülh yolu ilə toplaşmaq və fikir azadlığı hüququnu təmin etməyə çağırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb
    nepal-oz-erazisinde-x-youtube-ve-facebook-u-bloklayib
    15 illik gözləntidən sonra Instagram-ın iPad üçün versiyası təqdim edilib
    15-illik-gozlentiden-sonra-instagram-in-ipad-ucun-versiyasi-teqdim-edilib
    Eyni evdə yaşamayan ailə üzvləri üçün YouTube Premium-un ailə tarif planı deaktiv edilir
    eyni-evde-yasamayan-aile-uzvleri-ucun-youtube-premium-un-aile-tarif-plani-deaktiv-edilir
    YouTube-da kiçik kanallara yardımçı olacaq Hype funksiyası istifadəyə verilib
    youtube-da-kicik-kanallara-yardimci-olacaq-hype-funksiyasi-istifadeye-verilib
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb
    youtube-videolari-suni-intellekt-vasitesile-gizli-sekilde-redakte-etmeye-baslayib