YouTube Premium Lite abunəlik tarifi yenidən istifadəyə veriləcək
Sosial Media
18.10.2024
Emil Nəcəfov
YouTube 2023-cü ildə YouTube Premium Lite abunəlik tarifini ləğv etmişdi. Lakin görünür, videoservis bu abunəlik tarifini geri qaytarmağa hazırlaşır. Belə ki, Almaniya, Avstraliya və Taylanddakı istifadəçilər bildiriblər ki, YouTube Premium abunəliyini əldə etmək istəyən zaman videoservis onlara iki variantdan birini seçməyi təklif edir. Adi YouTube Premium və ya YouTube Premium Lite. Qeyd etmək lazımdır ki, Lite versiyanın qiyməti adi Premium-un qiymətinin yarısına bərabərdir. YouTube Premium Lite tarifində reklamlar tamamilə deaktiv olmur. Sadəcə onların sayı azalır. Üstəlik Lite versiyasının abunəçiləri həmçinin video yükləmə, fon rejimində videonun işə salınması və YouTube Music kimi özəlliklərdən məhrumdurlar. Google rəsmiləri təsdiqləyiblər ki, videoservis həqiqətən də yenilənmiş Premium Lite tarifini test edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube real videonu süni zəka tərəfindən tərtib edilmiş videodan ayırma üsulunu işə salıb
YouTube real videonu süni zəka tərəfindən tərtib edilmiş videodan ayırma üsulunu işə salıb
Generativ süni zəka daha da təkmilləşib və artıq insanların real hesab etdikləri videoları tərtib edə bilir. İstifadəçilərdə bu mövzu istiqamətində doğru olmayan təsəvvürlərin yaradılmasının qarşısını almaq üçün YouTube yeni imkanı reallaşdırıb.
YouTube istifadəçiləri 5 saniyədən sonra reklamı ötürmə imkanından məhrum olmağa başlayıblar
YouTube istifadəçiləri 5 saniyədən sonra reklamı ötürmə imkanından məhrum olmağa başlayıblar
YouTube 1 il bundan öncə reklam bloklayıcıları ilə mübarizə aparmağa başladı. Nəticədə reklam bloklayıcılarından istifadə edənlər YouTube-da video izləməkdə çətinliklər yaşamağa başladılar.
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
YouTube özünün qısa videolar servisi olan Shorts-un yeniləndiyini elan edib.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube, Hype adlı yeni funksiya ilə kiçik kanalları ön plana çıxarmaq və insanlara yeni məzmun yaradıcıları kəşf etmək imkanını verməyi hədəfləyir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ