YouTube istifadəçiləri 5 saniyədən sonra reklamı ötürmə imkanından məhrum olmağa başlayıblar
Sosial Media
11.10.2024
Emil Nəcəfov
YouTube 1 il bundan öncə reklam bloklayıcıları ilə mübarizə aparmağa başladı. Nəticədə reklam bloklayıcılarından istifadə edənlər YouTube-da video izləməkdə çətinliklər yaşamağa başladılar. Belə ki, reklam bloklayıcıları səbəbilə videolar sadəcə olaraq işə düşmürdülər, düşürdülərsə də ekran tamamilə qaranlıq şəkildə əks olunurdu. Bu səbəbdən istifadəçilər ya YouTube Premium-a keçməli oldular ya da ondan ümumiyyətlə imtina etməyə başladılar. Lakin YouTube Premium-dan istifadə etməyənlər son zamanlarda bu videoservisdəki yenilikdən şikayətlənməyə başlayıblar. Məsələ burasındadır ki, istifadəçilər reklam elanlarının 5 saniyədən sonra ötürülməsi imkanından da məhrum olmağa başlayıblar.
İstifadəçilər aşkar ediblər ki, video izləmə zamanı işə düşən reklam elanının aşağı sol hissəsindəki ötürmə düyməsi ortaya çıxsa da, o heç bir işə yaramır. Nəticədə istifadəçilər reklam elanını sona kimi izləməli olurlar. YouTube administrasiyasının vermiş olduğu məlumata əsasən onlar reklam elanlarının ötürülməsi imkanını aradan qaldırmaq niyyətində deyillər. İstifadəçilərin yaşamış olduqları bu hal isə reklam playerindəki elementlərin saylarının azaldılmasına istiqamətlənib. Məlumata əsasən bütün bunlar istifadəçinin reklamla daha dərindən qarşılıqlı əlaqədə olması üçündür. Beləliklə istifadəçilər qarşısında iki seçim qalır. Onlar ya YouTube Premium abunəliyinə keçid etməli ya da reklam elanları ilə daha dərindən qarşılıqlı əlaqədə olmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
YouTube özünün qısa videolar servisi olan Shorts-un yeniləndiyini elan edib.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube, Hype adlı yeni funksiya ilə kiçik kanalları ön plana çıxarmaq və insanlara yeni məzmun yaradıcıları kəşf etmək imkanını verməyi hədəfləyir.
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?
YouTube-un smart televizorlar üçün olan versiyasında yeni növ reklam elanları sərgilənir
YouTube-un smart televizorlar üçün olan versiyasında yeni növ reklam elanları sərgilənir
Google şirkətinin YouTube-da reklam sayının artırılması səyləri yeni mərhələyə yüksəlib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ