YouTube real videonu süni zəka tərəfindən tərtib edilmiş videodan ayırma üsulunu işə salıb
Sosial Media
17.10.2024
Emil Nəcəfov
Generativ süni zəka daha da təkmilləşib və artıq insanların real hesab etdikləri videoları tərtib edə bilir. İstifadəçilərdə bu mövzu istiqamətində doğru olmayan təsəvvürlərin yaradılmasının qarşısını almaq üçün YouTube yeni imkanı reallaşdırıb. Belə ki, YouTube videolarında xüsusi bildiriş əks olunmağa başlayıb və əks olunan bildirişdə qeyd edilib ki, bu və ya digər video kamera vasitəsilə çəkilib. Bu bildiriş bu və ya digər videonun süni zəka tərəfindən tərtib olunmadığını əks etdirir.
Real videoların təyini üçün videoservis C2PA (Coalition for Content Provenance and Authenticity) adlı standartdan istifadə edir. Bu standart dezinformasiya və rəqəmsal kontentlərdəki saxtakarlıqla mübarizə üçün yaradılıb. O, foto, video və audio kimi media faylların mənşəylərinin təyini mexanizmlərini təklif edir. Videoservisə yüklənəcək videolar Truepic adlı rəqəmsal kontent autentifikasiya servisində yoxlanışdan keçəcəklər. Nəticədə bu və ya digər videonun süni zəka vasitəsilə tərtib olunub-olunmadığı təyin ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube istifadəçiləri 5 saniyədən sonra reklamı ötürmə imkanından məhrum olmağa başlayıblar
YouTube istifadəçiləri 5 saniyədən sonra reklamı ötürmə imkanından məhrum olmağa başlayıblar
YouTube 1 il bundan öncə reklam bloklayıcıları ilə mübarizə aparmağa başladı. Nəticədə reklam bloklayıcılarından istifadə edənlər YouTube-da video izləməkdə çətinliklər yaşamağa başladılar.
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
Yaxın zamanda YouTube Shorts-a daha uzun videolar yükləmək mümkün olacaq
YouTube özünün qısa videolar servisi olan Shorts-un yeniləndiyini elan edib.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube-un yeni Hype xüsusiyyəti ilə kiçik kanallar ön plana çıxacaq!
YouTube, Hype adlı yeni funksiya ilə kiçik kanalları ön plana çıxarmaq və insanlara yeni məzmun yaradıcıları kəşf etmək imkanını verməyi hədəfləyir.
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ