WhatsApp mesajlaşma və AI əsaslı funksiyaları yeniləyib
Sosial Media
12.12.2025
Sevinc Miralızadə
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, WhatsApp bayram mövsümü ərəfəsində istifadəçilər üçün bir sıra yeni funksiyalar təqdim edib. Yeniliklər arasında cavabsız zənglər üçün səsli və video mesaj buraxmaq imkanı, səsli qrup söhbətlərində emoji reaksiyaları, eləcə də süni intellektlə şəkil yaratma və animasiya funksiyalarının təkmilləşdirilməsi yer alır.
Artıq WhatsApp-da etdiyiniz zəng cavabsız qalarsa, qarşı tərəfə səsli və ya video qeyd göndərə biləcəksiniz. Şirkət video qeydlərin klassik “voicemail” anlayışını əvəz edəcəyini desə də, bu funksiyanın nə qədər geniş istifadə olunacağı hələ sual altındadır. Bundan əlavə, qrup səsli söhbətləri zamanı emoji reaksiyaları göndərmək mümkün olacaq. Bu funksiya danışığı bölmədən emosiyanı ifadə etməyə imkan verir. Qrup video zənglərində isə aktiv danışan şəxs avtomatik olaraq vurğulanacaq ki, bu da söhbəti izləməyi asanlaşdıracaq.
WhatsApp həmçinin Meta-nın Midjourney və Flux ilə tərəfdaşlığı çərçivəsində süni intellektlə şəkil yaratma imkanlarını gücləndirib. Bu yenilik xüsusilə bayram təbrik kartları və Status paylaşımları üçün nəzərdə tutulub. İstifadəçilər artıq istənilən şəkli qısa animasiyalı videoya çevirə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır
Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır
Meta “Avocado” adlı yeni AI modelini yalnız ödənişlə təqdim etməyi nəzərdən keçirərək illərdir davam etdiyi açıq mənbə yanaşmasını dəyişdirir.
Instagram paylaşımlarına gizli SEO başlıqları əlavə edir
Instagram paylaşımlarına gizli SEO başlıqları əlavə edir
404 Media-nın məlumatına görə, platforma istifadəçilərin paylaşdığı postlara gizli şəkildə, çox güman ki, süni intellekt tərəfindən yaradılmış sensasiyalı başlıq və təsvirlər əlavə edir.
Facebook dizaynını yeniləyir!
Facebook dizaynını yeniləyir!
Tətbiq getdikcə Instagram-a daha çox bənzəyir
Meta AI cihaz istehsalçısı Limitless-i satın aldı
Meta AI cihaz istehsalçısı Limitless-i satın aldı
Meta AI kulonları ilə tanınan Limitless startapını satın alaraq geyilə bilən süni intellekt cihazları üzərində işini sürətləndirməyi hədəfləyir.
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta daha keyfiyyətli və sabit məhsul yaratmaq məqsədilə “Phoenix” MR eynəyini 2027-yə təxirə salaraq diqqətini növbəti nəsil cihazlara yönəldir.
Həftənin xəbərləri