Facebook dizaynını yeniləyir!
Sosial Media
10.12.2025
Sevinc Miralızadə
Meta Platforms dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un dizaynını yeniləyir. Şirkət bildirir ki, bu dəyişikliklər Facebook-da kontent yaratmağı, tapmağı və paylaşmağı daha da asanlaşdıracaq. Yenilənmə həmçinin naviqasiya və axtarış sisteminə də təsir edir. İstifadəçilərin istədikləri məlumatları daha tez tapması üçün interfeys sadələşdirilir. Rəsmi olaraq adı çəkilməsə də, Facebook-un yeni görünüşü getdikcə Instagram-a daha çox bənzəyir.
Meta bu ilin mart ayında da Facebook-un görünüşünü yeniləmişdi. O zaman əlavə edilmiş “yalnız dostlar” lenti sayəsində istifadəçilər Facebook-u köhnə dövrlərdəki kimi tövsiyələr və AI tərəfindən seçilmiş paylaşımlar olmadan istifadə edə bilirdi. Mark Zuckerberg həmin lenti “2006-cı il Facebook-u”na bənzətmişdi. Meta bu ilin ərzində Facebook-u yenidən əvvəlki kimi əyləncəli etmək üçün daha bir neçə addım atacağını demişdi. İndi isə yenilənmələrin davamı təqdim olunur.
Facebook ən çox istifadə olunan bölmələri – Reels, Friends, Marketplace və Profile yuxarı naviqasiya panelində daha görünən yerə yerləşdirib. Axtarış nəticələri də bütün növ paylaşımları dəstəkləyən grid formatında göstərilir. Paralel olaraq, Facebook şəkil və videoları tam ekran göstərən yeni axtarış interfeysini sınaqdan keçirir.
Daha yaxşı məsləhətlər üçün daha çox məlumat
Stories və adi paylaşımların yaradılması prosesinə də yenilik edilib: musiqi əlavə etmək və dostları işarələmək indi daha intuitivdir. Şərh yazmaq həm lentdə, həm qruplarda, həm də Reels bölməsində sadələşdirilib.
Stories və adi paylaşımların yaradılması prosesinə də yenilik edilib: musiqi əlavə etmək və dostları işarələmək indi daha intuitivdir. Şərh yazmaq həm lentdə, həm qruplarda, həm də Reels bölməsində sadələşdirilib.
Bundan başqa, profil bölməsi də yenilənir: istifadəçi öz maraqlarını və səyahət planlarını profilində göstərərsə, Facebook ona oxşar hobbiləri olan insanları və uyğun səyahət məsləhətlərini göstərəcək. Şirkət bildirir ki, bu, Facebook-u daha nizamlı və istifadəçi dostu etmək istiqamətində yalnız başlanğıcdır. 2026-cı ildə daha çox yeniliklər gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta AI cihaz istehsalçısı Limitless-i satın aldı
Meta AI cihaz istehsalçısı Limitless-i satın aldı
Meta AI kulonları ilə tanınan Limitless startapını satın alaraq geyilə bilən süni intellekt cihazları üzərində işini sürətləndirməyi hədəfləyir.
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta daha keyfiyyətli və sabit məhsul yaratmaq məqsədilə “Phoenix” MR eynəyini 2027-yə təxirə salaraq diqqətini növbəti nəsil cihazlara yönəldir.
Facebook və Instagram istifadəçiləri üçün yeni apellyasiya dövrü başlayır
Facebook və Instagram istifadəçiləri üçün yeni apellyasiya dövrü başlayır
Meta-nın Nəzarət Şurası 2026-cı ildən istifadəçilərin hesab bloklanmaları və digər cəzalar üçün də rəsmi şəkildə müraciət edə bilməsi istiqamətində səlahiyyətlərini genişləndirməyə hazırlaşır.
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta 31 dekabradək istifadəçilərə köhnə eynək və qulaqlıqlarını təhvil verərək yeni ağıllı eynəkləri daha ucuz almaq imkanı yaradır.
Facebook qruplarında istifadəçi adları dövrü başlayır
Facebook qruplarında istifadəçi adları dövrü başlayır
Facebook qruplarında istifadəçilər artıq öz real adları əvəzinə ləqəb və xüsusi avatarla paylaşım edə biləcəklər.
Həftənin xəbərləri