Meta AI cihaz istehsalçısı Limitless-i satın aldı
Süni İntellekt
08.12.2025
Sevinc Miralızadə
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta süni intellekt əsaslı geyilə bilən qurğular hazırlayan Limitless startapını satın aldığını şirkətin rəsmi açıqlaması ilə bildirib. Limitless (əvvəlki adı ilə Rewind) söhbətləri qeydə alan AI kulonları ilə tanınırdı. Şirkət artıq öz cihazlarını satışdan çıxaracaq və mövcud istifadəçilərinə bir il ərzində dəstək göstərməyə davam edəcək.
Mövcud istifadəçilər artıq abunə haqqı ödəməyəcək və müvəqqəti olaraq Unlimited Plan-a keçiriləcək. Startapın digər məhsullarından biri olan və istifadəçilərin masaüstü fəaliyyətini yazaraq axtarıla bilən arxivə çevirən “Rewind” proqramı isə mərhələli şəkildə dayandırılacaq.
Limitless beş il əvvəl Brett Bejcek və Optimizely-nin həmtəsisçisi, keçmiş CEO-su Dan Siroker tərəfindən yaradılıb. Şirkət ötən il özünü AI cihaz istehsalçısına çevirərək 99 dollarlıq Limitless kulonunu təqdim etmişdi. Bu geyilə bilən qurğu köynəyə mikrofon kimi taxıla və ya boyunbağı formasında istifadə oluna bilirdi. Bazarda buna bənzər digər AI aksesuarlar da mövcuddur, məsələn, çox da müsbət qarşılanmayan Friend kulonu.
Limitless-in açıqlamasında şirkətin Meta-nın “şəxsi superintellekt” vizyonunu, yəni AI texnologiyasını geniş kütlələrə çatdırma hədəfini paylaşdığı vurğulanır. Meta hazırda Ray-Ban Meta, Oakley Meta kimi AR/AI eynəkləri və linzaya yerləşdirilmiş displeylə işləyən Meta Ray-Ban Display kimi AI eynəklərinə fokuslanıb. Limitless-in bundan sonra Meta-nın mövcud geyilə bilən cihazlarının inkişafında rol alacağı gözlənilir.
Limitless bazarda artan rəqabətə görə müstəqil şəkildə ayaqda qalmağın çətinləşdiyini etiraf edir. Siroker yazır ki, şirkət yarandığı vaxt AI hələ uzaq bir ideya kimi görünürdü, hardware startapları isə riskli hesab olunurdu. Lakin bu gün vəziyyət dəyişib və bu texnologiya artıq qaçınılmaz gələcək kimi qəbul olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta-nın “Phoenix” VR eynəyi 2027-yə təxirə salındı
Meta daha keyfiyyətli və sabit məhsul yaratmaq məqsədilə “Phoenix” MR eynəyini 2027-yə təxirə salaraq diqqətini növbəti nəsil cihazlara yönəldir.
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta 31 dekabradək istifadəçilərə köhnə eynək və qulaqlıqlarını təhvil verərək yeni ağıllı eynəkləri daha ucuz almaq imkanı yaradır.
Facebook qruplarında istifadəçi adları dövrü başlayır
Facebook qruplarında istifadəçi adları dövrü başlayır
Facebook qruplarında istifadəçilər artıq öz real adları əvəzinə ləqəb və xüsusi avatarla paylaşım edə biləcəklər.
Meta elektrik ticarəti biznesinə daxil olmaq istəyir
Meta elektrik ticarəti biznesinə daxil olmaq istəyir
Meta artan enerji tələbatını qarşılamaq və yeni elektrik stansiyalarının tikintisini sürətləndirmək üçün elektrik ticarəti icazəsi almağa çalışır.
Dostlarla “virtual ev ziyarəti”: Meta yeni dəvət funksiyasını işə saldı
Dostlarla “virtual ev ziyarəti”: Meta yeni dəvət funksiyasını işə saldı
Meta Hyperscape ilə yaradılan virtual məkanlarda dəvət funksiyasını işə salaraq, istifadəçilərə birlikdə vaxt keçirməyin yeni bir yolunu təqdim edir.
Həftənin xəbərləri