TikTok haqqında inanılmaz etirafları ehtiva edən sənədlər mətbuata sızdırılıb!
Sosial Media
16.10.2024
Farid Pardashunas
Dünyanın ən çox istifadə edilən sosial media tətbiqlərindən biri olan TikTok-un sahibi ByteDance haqqında çox təəccüblü etiraf sənədləri mətbuata sızdırılıb.
Sosial media nəhəngi TikTok-un sahibi ByteDance şirkətinə aid gizli sənədlər, tətbiqin uşaqlar üzərindəki mənfi təsirlərini üzə çıxarıb. Kentucky ştatının açdığı məhkəmədə təsadüfən açığa çıxan bu sənədlər, TikTok-un öz tədqiqatlarının nəticələrini əks etdirir.
Mətbuata sızan sənədlərdə diqqət çəkən məqamlar isə bunlardır:
- TikTok, istifadəçilərin cəmi 260 video izlədikdən sonra (təxminən 35 dəqiqə) platformaya asılı hala gələ biləcəyini müəyyən edib.
- Şirkət, tətbiqin uşaqların əqli və sosial inkişafına zərər verdiyinin fərqində imiş.
- TikTok-un öz tədqiqatı, həddindən artıq istifadənin analitik bacarıqlar, yaddaş formalaşması, kontekstual düşünmə və empati qabiliyyəti üzərində mənfi təsirləri olduğunu göstərir.
- Tətbiq həmçinin istifadəçilərin yuxu rejimini pozur, məktəb və iş məsuliyyətlərini pozur və sevdikləri ilə ünsiyyətini zəiflədir.
Məhkəmə sənədlərinə görə, ByteDance tətbiqə əlavə edilən ekran vaxtı məhdudlaşdırma vasitəsinin təsirsiz olduğunu əvvəldən bilirmiş. Bu vasitə, gündəlik istifadə müddətini cəmi 1.5 dəqiqə azalda bilib (108.5 dəqiqədən 107 dəqiqəyə). Şirkət rəsmiləri iddiada bu tədbirin sadəcə ictimaiyyətlə əlaqələr cəhdi olduğunu rəsmi şəkildə etiraf ediblər. TikTok, təkcə ABŞ-da deyil, Avropada da potensial qadağalarla üzləşə bilər. Tətbiq dünya üzrə milyardlarla istifadəçiyə sahib olsa da, xüsusilə gənc istifadəçilər üzərindəki mənfi təsirləri hər gün daha çox müzakirə olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-ın 14 ştatının baş prokurorları TikTok-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Sosial şəbəkə azyaşlıların psixoloji sağlamlıqlarına zərər yetirilmədə və onun nə dərəcədə təhlükəsiz olması mövzusunda istifadəçiləri aldatmaqda günahlandırılır.
TikTok Subscription adlı yeni monetizasiya funksiyasını anons edib
TikTok Subscription adlı yeni monetizasiya funksiyasını anons edib
TikTok yeni monetizasiya funksiyasını anons edib. Yeni funksiya Subscription adlanır. Bu funksiya video müəlliflərə öz istifadəçiləri ilə müəyyən ödəniş qarşılığında eksklüziv kontentlərin bölüşülməsi imkanını verəcək.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
TikTok-un ABŞ-da gələcəyi sual altındadır
TikTok-un ABŞ-da gələcəyi sual altındadır
TikTok-un istifadəçi kütləsi 170 milyon insan təşkil edən ABŞ regionundakı aqibəti hal-hazırda 3 nəfər məhkəmə hakimindən asılıdır.
TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək
TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək
Gələn həftənin bazar ertəsi baş tutacaq məhkəmə TikTok-un ABŞ-dakı aqibətinin necə olacağını təyin edə bilər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!