TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi
Sosial Media
24.10.2024
Emil Nəcəfov
Qısa videoların izlənməsi və yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdim etdi. Bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərin yaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.
TikTok - yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün bir videoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur. TikTok Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqli maraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir. Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindən TikTok-a olan marağı artırır.
TikTok for Business-in istifadəyə verilməsi və inkişafı
Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən TikTok, 2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq onlara kreativ və effektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir.
TikTok for Business platforması: böyük beynəlxalq və yerli şirkətlərdən tutmuş kiçik və orta biznesə qədər; FMCG və gözəllik sənayesindən tutmuş elektron ticarət və video oyunların yaradıcılarına qədər hər miqyasda və sektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.
“TikTok for Business platformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyaya çatdırmaq imkanından ibarət deyil, eyni zamanda brendlər istifadəçilərlə eyni dildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Biz biznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyə imkan verən həllər tapmaqda kömək edirik. TikTok for Business-in geniş alət dəsti istənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasından tutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin TikTok-un imkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəricilərini artırmasına yardım etmək istəyirik,” – deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada Global Business Solutions departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.
Bizneslər TikTok-dan necə istifadə edə bilər
TikTok-da müxtəlif miqyasda və sahələrdə fəaliyyət göstərən şirkətlər orqanik məzmun yarada və marketinq qıfının bütün mərhələlərində öz biznes məqsədlərini həyata keçirə bilərlər. Platforma brendlərə özləri haqqında məlumatlılığı artırmaq, istifadəçiləri cəlb etmək və loyallığı gücləndirmək, onları tətbiqdən kənar fəaliyyətlərə həvəsləndirmək, konversiyaları artırmaq və satışları yüksəltməkdə kömək edir. TikTok-un Azərbaycanda şirkətlərə həll etməyə kömək etdiyi məsələlər:
1. Fəal və cəlbedici auditoriyaya çatmaq
Dünyanın hər yerindən istifadəçilər TikTok-a yaxşı əhval-ruhiyyə, yaradıcı və maraqlı məzmun üçün gəlirlər. Brendlər də TikTok-u öz strategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyə başlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyə daha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradan elementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir.
TikTok-da reklamların nativlik və yaradıcı yanaşmanın birləşməsi əsasında qurulması platformanın icması tərəfindən müsbət qəbul edilir. Belə ki, Kantar-ın araşdırmasına görə, istifadəçilərimizin 74%-i platformada olan reklamları kreativ hesab edir, 67%-i isə TikTok-dakı reklamların unikal olduğunu düşünür [1]. Bu, brendlərə TikTok-da müsbət, diqqətli və maraqlı auditoriya ilə ünsiyyət qurmağa və platformadakı tövsiyələrə inanan istifadəçiləri cəlb etməyə imkan verir.
2. İstifadəçilərə brend, məhsul və ya xidmət haqqında məlumat almağa kömək etmək
TikTok icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olan aktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalar axtarışındadırlar, bu ideyalar isə onları real həyatda dəyişikliklərə ilhamlandırır. TikTok istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8 dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlı mövzuları kəşf etməyə kömək edib [2]. İstifadəçilərin 80%-dən çoxu isə TikTok-un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir [3].
3. Alış-verişə ilham vermək
TikTok-da reklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformada artıq 10 milyondan çox paylaşım olan #TikTokMadeMeBuyIt həştəqi formalaşıb. Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paket açır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.
Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullar populyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindən müsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin 61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər [4]. TikTok istifadəçilərinin isə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar [5].
İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişaf etdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəf auditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaq üçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok haqqında inanılmaz etirafları ehtiva edən sənədlər mətbuata sızdırılıb!
TikTok haqqında inanılmaz etirafları ehtiva edən sənədlər mətbuata sızdırılıb!
Dünyanın ən çox istifadə edilən sosial media tətbiqlərindən biri olan TikTok-un sahibi ByteDance haqqında çox təəccüblü etiraf sənədləri mətbuata sızdırılıb.
ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-ın 14 ştatı TikTok-a qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-ın 14 ştatının baş prokurorları TikTok-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Sosial şəbəkə azyaşlıların psixoloji sağlamlıqlarına zərər yetirilmədə və onun nə dərəcədə təhlükəsiz olması mövzusunda istifadəçiləri aldatmaqda günahlandırılır.
TikTok Subscription adlı yeni monetizasiya funksiyasını anons edib
TikTok Subscription adlı yeni monetizasiya funksiyasını anons edib
TikTok yeni monetizasiya funksiyasını anons edib. Yeni funksiya Subscription adlanır. Bu funksiya video müəlliflərə öz istifadəçiləri ilə müəyyən ödəniş qarşılığında eksklüziv kontentlərin bölüşülməsi imkanını verəcək.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
TikTok-un ABŞ-da gələcəyi sual altındadır
TikTok-un ABŞ-da gələcəyi sual altındadır
TikTok-un istifadəçi kütləsi 170 milyon insan təşkil edən ABŞ regionundakı aqibəti hal-hazırda 3 nəfər məhkəmə hakimindən asılıdır.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib