main-post-cover

    Meta süni zəka əsaslı video redaktoru istifadəyə verib

    Sosial Media
    13.06.2025
    Emil Nəcəfov
         Meta generativ süni zəkadan istifadə edən yeni video redaktə funksiyasını istifadəyə verdiyini elan edib. Bu funksiya ABŞ və dünyanın 10-dan çox ölkəsindəki istifadəçilər üçün Meta AI tətbiqində, Meta.AI veb saytında və Edits adlı tətbiqdə əlçatandır. Qeyd olunur ki, bu funksiya məhdud müddət ərzində pulsuz təqdim olunacaq və istifadəçilərə videonun ilk 10 saniyəsini redaktə etmək imkanı verəcək. Yeni alət istifadəçilərə əvvəlcədən hazırlanmış 50-dən çox təklif təqdim edir.
         Bu təkliflər vasitəsilə videolara mövzu əlavə etmək, fonu və qəhrəmanların geyimlərini dəyişmək mümkündür. Məsələn, Meta AI vasitəsilə klipin üslubunu videooyun və ya anime tərzinə çevirmək, onu səhrada çəkilmiş kimi göstərmək, istifadəçiyə süni zəka tərəfindən yaradılmış smokinq geyindirmək və daha bir çox vizual dəyişikliklər etmək olar. Videonu redaktə etmək üçün onu Meta AI tətbiqinə, Meta.AI veb saytına və ya Edits tətbiqinə yükləmək və təqdim olunan əvvəlcədən hazırlanmış təkliflərdən birini seçmək lazımdır.
         Bundan sonra Meta AI videonu seçilmiş ssenariyə uyğun şəkildə dəyişəcək. Hazır videonu Facebook Instagram-da dostlarla paylaşmaq və ya Meta AI tətbiqində və veb saytında Discover bölməsində yerləşdirmək mümkündür. Hazırda istifadəçilərin öz təkliflərini daxil etmələri mümkün olmasa da, Meta bu ilin sonuna doğru belə bir imkanı əlavə edəcəyini vəd edib. Şirkət bildirib ki, yaxın zamanda istifadəçilər videoları Meta AI ilə birlikdə öz mətn təklifləri əsasında redaktə edərək montajlarını tam olaraq istədikləri kimi hazırlaya biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta fiziki qanunları başa düşən süni zəka sistemi hazırlayıb
    meta-fiziki-qanunlari-basa-dusen-suni-zeka-sistemi-hazirlayib
    Mark Zuckerberg super zəkanın hazırlanmasına 15 milyard dollar investisiya yatırmağı planlaşdırır
    mark-zuckerberg-super-zekanin-hazirlanmasina-15-milyard-dollar-investisiya-yatirmagi-planlasdirir
    Meta Aria Gen 2 ağıllı eynəyi barəsində yeni detallar təqdim olunub
    meta-aria-gen-2-agilli-eyneyi-baresinde-yeni-detallar-teqdim-olunub
    Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər
    bu-ilin-sonuna-kimi-instagram-in-ipad-ler-ucun-versiyasi-teqdim-oluna-biler
    Meta AI-nın istifadəçi kütləsi 1 milyardı keçib
    meta-ai-nin-istifadeci-kutlesi-1-milyardi-kecib