main-post-cover

    ABŞ Konqresi əməkdaşlarına WhatsApp-dan istifadə qadağan edilib

    Sosial Media
    24.06.2025
    Emil Nəcəfov
         ABŞ Nümayəndələr Palatası əməkdaşlarına xidməti cihazlarda WhatsApp messencerindən istifadə etməyi qadağan edib. Bu qərar kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən aparılmış risk qiymətləndirməsindən sonra qəbul edilib. Onlar bu tətbiqi potensial təhlükə hesab ediblər. The Verge portalının əldə etdiyi məlumata görə, Nümayəndələr Palatasının baş inzibati əməkdaşı (CAO) bildirib ki, kibertəhlükəsizlik xidməti WhatsApp-ı yüksək riskli hesab edib. Bu qərarın səbəbi isə istifadəçi məlumatlarının qorunmasında qeyri-şəffaflıq, saxlanılan məlumatların şifrələnməməsi və hakerlər tərəfindən istifadə oluna biləcək mümkün boşluqlardır. Hesabata əsasən, Konqresin bütün əməkdaşlarına WhatsApp-ın istənilən versiyasını (mobil və ya desktop) dövlət qurumlarına məxsus cihazlara yükləmək və istifadə etmək qadağan olunub.
         Əgər bu tətbiqin quraşdırıldığı aşkarlanarsa, əməkdaşlara bildiriş göndəriləcək və onlar tətbiqi silməyə məcbur olacaqlar. Artıq WhatsApp-dan iş cihazlarında istifadə edənlərə isə texniki xidmət tərəfindən bu barədə xatırlatma göndəriləcək. Meta nümayəndəsi Andy Stone sosial şəbəkə X-dəki paylaşımında bu qərarı tənqid edib. O, qeyd edib ki, şirkət CAO-nun messencerə dair qiymətləndirməsi ilə qətiyyən razı deyil və vurğulayıb ki, WhatsApp-da bütün mesajlar standart olaraq end-to-end şifrələmə ilə qorunur. Bu şifrələmə mesajların heç kim, o cümlədən Meta tərəfindən belə oxunmasını mümkünsüz edir. Onun sözlərinə görə, WhatsApp-ın təhlükəsizlik səviyyəsi Konqres administrasiyası tərəfindən istifadəsinə icazə verilən əksər tətbiqlərdən daha yüksəkdir.
         WhatsApp-a qoyulan qadağa ilə yanaşı, əməkdaşlara alternativ mesajlaşma tətbiqlərindən istifadə etmələri tövsiyə olunub. Bu tətbiqlər arasında Microsoft Teams, Signal, iMessage, FaceTimeAmazon-a məxsus Wickr xidmətləri yer alır. Bununla belə, The Verge nəşrinin sorğusuna Nümayəndələr Palatasının baş inzibati ofisindən hələ rəsmi cavab verilməyib. Qeyd olunur ki, WhatsApp ABŞ Nümayəndələr Palatasında istifadəsi məhdudlaşdırılan yeganə messencer deyil. Daha əvvəl dövlət cihazlarında TikTok-a da qadağa qoyulmuş, həmçinin ChatGPT süni zəka sisteminin pulsuz versiyasının istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq edilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta idmançılar üçün ağıllı eynəyini təqdim edib (VİDEO) - QİYMƏTİ
    meta-idmancilar-ucun-agilli-eyneyini-teqdim-edib-video-qiymeti
    Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq
    facebook-hesabina-sifresiz-daxil-olmaq-mumkun-olacaq
    Meta OpenAI mütəxəssislərini 100 milyon dollarlıq bonus ilə özünə cəlb etmək istəyibmiş
    meta-openai-mutexessislerini-100-milyon-dollarliq-bonus-ile-ozune-celb-etmek-isteyibmis
    İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər
    istifadeciler-instagram-hesablarinin-sebebsiz-bloklanmasindan-sikayet-edirler
    Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək
    facebook-ve-instagram-da-yaxin-zamanda-suni-zeka-reklamlari-sergilenecek