
Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq
Sosial Media
19.06.2025
Emil Nəcəfov
Facebook Passkey (giriş açarı) texnologiyası ilə avtorizasiya dəstəyini tətbiq etməyə başlayıb. Bu o deməkdir ki, istifadəçilər artıq ənənəvi şifrələrdən imtina edib, barmaq izi və ya üz tanıma kimi daha etibarlı identifikasiya üsulunu seçə biləcəklər. Bu yanaşma sosial şəbəkə hesablarına icazəsiz giriş cəhdlərini xeyli çətinləşdirir. Passkey texnologiyası standart şifrələrə nisbətən daha təhlükəsiz alternativ hesab olunur, çünki giriş açarını nə tapmaq, nə də üçüncü şəxslərə ötürmək mümkündür. Həmçinin bu texnologiya fişinq hücumlarına qarşı da müdafiəni təmin edir. Yəni cinayətkarlar istifadəçiləri saxta saytlara yönləndirərək avtorizasiya məlumatlarını əldə edə bilməzlər.

Çünki giriş açarı konkret bir domenə bağlıdır və brauzer onu başqa saytlarda, o cümlədən fişinq məqsədilə yaradılmış səhifələrdə istifadə etməyə cəhd göstərməyəcək. Meta giriş açarlarının dəstəklənməsinin dəqiq tarixlərini açıqlamayıb, yalnız bu funksiyanın yaxın zamanda Android və iOS üçün nəzərdə tutulmuş tətbiqlərdə istifadəyə veriləcəyini bildirib. Bundan əlavə, şirkət giriş açarlarının dəstəyini Messenger mesajlaşma tətbiqinə də əlavə etməyi planlaşdırır ki, istifadəçilər Facebook-da istifadə etdikləri eyni giriş açarını orada da tətbiq edə bilsinlər. Platformaya daxil olmaq üçün həmçinin fiziki açar və ya iki faktorlu autentifikasiya texnologiyasından da istifadə etmək mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta OpenAI mütəxəssislərini 100 milyon dollarlıq bonus ilə özünə cəlb etmək istəyibmiş

Meta OpenAI mütəxəssislərini 100 milyon dollarlıq bonus ilə özünə cəlb etmək istəyibmiş
Süni zəka sahəsində dəyərli kadrlar uğrunda mübarizənin kəskinliyi OpenAI-nin qurucusu Sam Altman-ın qardaşı Jack Altman tərəfindən aparılan podkastda səsləndirdiyi fikirlərlə bir daha diqqətə çatdırılıb.
İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər

İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər
Son bir neçə həftə ərzində Instagram sosial şəbəkəsinin istifadəçiləri platforma administrasiyası tərəfindən səhvən bloklanan hesabların sayının kəskin artdığından şikayət edirlər.
Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək

Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək
Facebook və Instagram sosial şəbəkələrinin sahibi olan Meta Platforms şirkəti marketoloqlar üçün reklam videolarının yaradılmasını daha ucuz və rahat etmək məqsədilə bu sahədəki inkişafını davam etdirir.
Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər

Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər
Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr amerikalılar üçün əsas xəbər mənbəyi kimi televiziyanı geridə qoyub. Aparılmış yeni araşdırmanın nəticələrinə əsasən ABŞ-da yetkin əhalinin 54%-i xəbərləri sosial şəbəkələr və ya video platformalar vasitəsilə əldə edir.
Meta AI ilə yazışmaların hamıya göründüyü xəbərdarlığı verilir

Meta AI ilə yazışmaların hamıya göründüyü xəbərdarlığı verilir
Meta Platforms istifadəçiləri şirkətin Meta AI adlı süni zəka çat-botu tətbiqində şəxsi və məxfi məlumatları paylaşmamağa çağırıb. Bu xəbərdarlıq, bir çox istifadəçinin şəxsi məlumatları Meta AI-nin ictimai lentində paylaşmasından sonra edilib.
Həftənin xəbərləri

