main-post-cover

    OpenAI şirkətinə yeni CEO təyin edilib

    Startup və Biznes
    20.11.2023
    Emil Nəcəfov
         Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-su Sam Altman-ı işdən azad etdi. Onunla birlikdə şirkətin prezidenti Greg Brockman da şirkətdən ayrılmalı oldu. Nəticədə şirkətin müddətli CEO-su qismində Mira Murati çıxış etməyə başladı. Lakin daha sonra məlumat ortaya çıxdı ki, OpenAI şirkətinin direktorlar şurası Altman-ın geri qaytarılmasını müzakirə edir. Lakin görünür, bu, baş verməyəcək. Belə ki, OpenAI yeni müddətli CEO-nu təyin edib.
         Söhbət, Twitch servisinin keçmiş rəhbəri Emmett Shear-dan gedir. Sam Altman-ın işdən azad edilməsindən sonra Microsoft da daxil olmaqla digər investorlar direktorlar şurasına təzyiq göstərməyə başladılar. Onlar Altman-ın geri qaytarılmasını və direktorlar şurasının istefaya göndərilməsini tələb edirdirlər. Görünür, Altman ilə direktorlar şurası arasında baş tutmuş danışıqlar heç bir nəticə verməyib. Mira Murati-nin isə Altman-la əlaqəli olduğunu nəzərə alsaq, onun CEO vəzifəsində qalması yolverilməz idi.
         Buna görə də şirkət digər mütəxəssisin bu vəzifəyə təyin olunmasına qərar verdi. Bu isə məhz Emmett Shear oldu. Mütəxəssislərin fikirlərinə əsasən bu cür addım OpenAI investorlarının maraqlarına zidd olsa da, şirkətin direktorlar şurasını tamamilə qane edib. Emmett Shear öz növbəsində süni zəka texnologiyasının böyük risk mənbəyi olması fikrinə sahib insanlar siyahısındadır. Direktorlar şurasının nümayəndəsi və OpenAI şirkətinin həmtəsisçilərindən biri olan Ilya Sutskever şirkət əməkdaşlarına müraciətində bildirib ki, Sam Altman şirkətə geri qayıtmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
    sam-altman-in-openai-sirketine-qayidisi-muzakire-edilir
    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
    sam-altman-openai-sirketinin-ceo-vezifesinden-azad-edilib
    ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
    chatgpt-plus-a-yeni-istifadecilerin-qeydiyyati-mueyyen-muddetlik-dayandirilib
    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
    openai-sirketi-gpt-5-in-hazirlanmasina-start-verib