main-post-cover

    Windows-un “Mavi ölüm ekranı” tarixə qovuşacaq

    Proqram Təminatı
    30.06.2025
    Emil Nəcəfov
         “Mavi ölüm ekranı” (Blue Screen of Death - BSoD) adlı, demək olar ki, dörd onillikdir Windows istifadəçilərinin qarşısına çıxan kritik xəta ekranı tezliklə tarixə qovuşacaq. Microsoft təsdiqləyib ki, Windows 11-də bu ekranı daha sadə və məlumatlandırıcı olan “Qara ölüm ekranı” (Black Screen of Death) əvəz edəcək. Yeni versiyada artıq kədərli smaylik və QR-kod yer almayacaq. Yenilənmiş ekran daha çox sistem yeniləmələri zamanı görünən interfeysi xatırladacaq. Lakin bu dəfə orada xəta kodu və nasazlığın dəqiq səbəbi göstəriləcək. Əvvəllər belə məlumatları yalnız xüsusi alətlərlə loqların analizindən sonra öyrənmək mümkün idi.
         Bu dəyişiklik həm adi istifadəçilərə, həm də sistem administratorlarına yaddaş damplarını ətraflı araşdırmağa ehtiyac olmadan problemi daha sürətlə müəyyən etməyə kömək edəcək. Microsoft-un korporativ təhlükəsizlik və əməliyyat sistemləri üzrə vitse-prezidenti David Weston bildirib ki, bu yeniliklərin məqsədi xəta mesajlarını daha aydın etmək və problemlərin aradan qaldırılmasını sadələşdirməkdir. Onun sözlərinə görə, yeni yanaşma sayəsində xəta mənbəyinin harada baş verdiyini - birbaşa Windows-da, yoxsa üçüncü tərəf komponentində - daha dəqiq müəyyən etmək mümkün olacaq.
         “Qara ölüm ekranı” Windows 11-in yay yeniləmələrindən birində təqdim olunacaq və bu, həm də sistemin yüklənə bilmədiyi hallarda sürətli bərpa üçün nəzərdə tutulan Quick Machine Recovery funksiyası ilə birlikdə istifadəyə veriləcək. Bildirilir ki, bu yeniləmə Microsoft-un Windows sistemlərinin nasazlıqlara qarşı davamlılığını artırmaq məqsədi daşıyan yeni strategiyasının bir hissəsidir. Bu strategiya xüsusilə ötən il CrowdStrike hadisəsi fonunda aktuallaşıb. Həmin hadisə nəticəsində dünya üzrə milyonlarla kompüter yüklənmə zamanı BSoD ilə üzləşmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI və Microsoft rəhbərliyi tərəflər arasındakı əməkdaşlığın gələcəyini müzakirə ediblər
    openai-ve-microsoft-rehberliyi-terefler-arasindaki-emekdasligin-geleceyini-muzakire-edibler
    Microsoft Windows 10-da pulsuz qalmaq üçün iki variant təklif edib
    microsoft-windows-10-da-pulsuz-qalmaq-ucun-iki-variant-teklif-edib
    Windows 11-də bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq
    windows-11-de-berpa-noqteleri-evvelki-90-gun-evezine-maksimum-60-gun-muddetinde-saxlanilacaq
    Microsoft OpenAI ilə əməkdaşlığını dayandıra bilər
    microsoft-openai-ile-emekdasligini-dayandira-biler
    Microsoft süni zəka səbəbilə minlərlə işçini ixtisar edəcək
    microsoft-suni-zeka-sebebile-minlerle-iscini-ixtisar-edecek