main-post-cover

    Windows 11-də bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq

    Proqram Təminatı
    24.06.2025
    Emil Nəcəfov
         Microsoft Windows 11-də sistemin bərpa funksiyasına mühüm dəyişiklik edib. Bu aydan etibarən, Windows 11 24H2 versiyası üçün yeniləmə quraşdırıldıqdan sonra, bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq. Bu barədə Microsoft-un rəsmi dəstək səhifəsindəki “System restore” bölməsinin təsvirində məlumat verilib. PCWorld nəşrinin qeyd etdiyi kimi, bu o deməkdir ki, istifadəçilər artıq 2 aydan daha əvvəl yaradılmış bərpa nüsxələrindən istifadə edə bilməyəcəklər. Bu isə ciddi nasazlıqlar zamanı sistemin əvvəlki vəziyyətinə qaytarılmasını çətinləşdirə bilər.
         Həmçinin bildirilir ki, bu məhdudiyyət gələcək Windows 11 versiyalarına, o cümlədən payızda gözlənilən 25H2 versiyasına da şamil olunacaq. Bu yenilik yalnız yeniləmələr quraşdırılmadan əvvəl bərpa nöqtələrinin avtomatik yaradılmasına güvənən istifadəçilərə təsir edəcək. Artıq sistem köhnə bərpa nöqtələrini əvvəlkindən daha tez sildiyinə görə, əməliyyat sisteminin aktual vəziyyətini fərdi şəkildə daha tez-tez saxlamaq tövsiyə olunur. Fərdi şəkildə bərpa nöqtəsi yaratmaq üçün Windows axtarış menyusunu açıb recovery sözünü yazmaq lazımdır. Sonra “Create a restore point” bəndini seçin.
         Açılan pəncərədə “System Protection” qovluğunda “Configure” düyməsini klikləyin, “Enable System Protection” seçimini işarələyin və seçimi təsdiqləyin. Bundan sonra yeni bərpa nöqtəsi yaratmaq olar. Ona unikal ad - məsələn, saxlandığı tarixi - vermək məsləhətdir ki, gələcəkdə lazım olan qeydiyyatı tapmaq asan olsun. Bununla belə, sistem yeniləmələr quraşdırılmazdan əvvəl əvvəlki kimi bərpa nöqtəsi yaratmağa davam edəcək, lakin bu nöqtə artıq yalnız 60 gün ərzində əlçatan olacaq. Yəni, əgər əməliyyat sistemində problem yeniləmədən 2 aydan çox vaxt keçdikdən sonra ortaya çıxarsa, sistemi əvvəlki vəziyyətə qaytarmaq artıq mümkün olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft OpenAI ilə əməkdaşlığını dayandıra bilər
    microsoft-openai-ile-emekdasligini-dayandira-biler
    Microsoft süni zəka səbəbilə minlərlə işçini ixtisar edəcək
    microsoft-suni-zeka-sebebile-minlerle-iscini-ixtisar-edecek
    Microsoft ilə OpenAI arasındakı əməkdaşlıq məsələsində ziddiyyətlər yaranıb
    microsoft-ile-openai-arasindaki-emekdasliq-meselesinde-ziddiyyetler-yaranib
    Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir
    microsoft-istifadecilerin-chatgpt-den-istifadelerine-gore-gelir-elde-edir
    NVIDIA yenidən Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib
    nvidia-yeniden-microsoft-u-geride-qoyaraq-dunyanin-en-bahali-sirketine-cevrilib