
Microsoft Windows 10-da pulsuz qalmaq üçün iki variant təklif edib
Proqram Təminatı
25.06.2025
Emil Nəcəfov
Microsoft Windows 10 üçün təhlükəsizlik yeniləmələrinin əldə olunması şərtlərini yumşaldıb və istifadəçilərdən 30$ ödəniş tələb etmə planından imtina edərək genişləndirilmiş təhlükəsizlik yeniləmələri (ESU) proqramında iki alternativ variant təklif edib: Microsoft Rewards ballarından istifadə və ya OneDrive üzərindən ehtiyat nüsxə yaratmaq. Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatacaq. Bu tarixdən sonra sistem yeni funksiyalar, xəta düzəlişləri və texniki dəstək almayacaq. Əvvəlcə Microsoft təhlükəsizlik dəstəyinin uzadılması üçün istifadəçilərdən ödəniş alacağını planlaşdırsa da, indi istifadəçilər ESU proqramına qeydiyyatdan keçərək Microsoft Rewards mükafat proqramından əldə olunan balları müxtəlif hədiyyə kartlarına dəyişə biləcəklər. Bu ballar şirkətin xidmətlərindən - məsələn, Bing axtarış sistemi və ya Edge brauzerindən istifadə etdikdə toplanır.

Məsələn, Bing tətbiqinin quraşdırılması 500 xal qazandırır və 1000 bal təxminən 1$-a bərabərdir. İkinci variant Windows-un OneDrive üzərindən ehtiyat nüsxə yaratma funksiyasından istifadəni nəzərdə tutur. Lakin pulsuz təqdim olunan 5 GB-lıq yaddaş həcmi zəruri məlumatların saxlanması üçün kifayət etməyə bilər, buna görə də bir çox istifadəçi Microsoft 365 abunəliyinə ehtiyac duya bilər. Şirkət vurğulayır ki, hər iki üsul ESU proqramına qeydiyyat üçün əlavə və pulsuz seçimlərdir. Microsoft şərtlərin dəyişdirilməsinin səbəbini izah etməyib, lakin əvvəllər məlum olmuşdu ki, Windows 10-un dəstəyinin dayandırılması qərarı bəzi istifadəçilər, xüsusən də Windows 11-in texniki tələblərinə cavab verməyən köhnə kompüter sahibləri arasında narazılıq doğurub. Maraqlıdır ki, StatCounter-in məlumatına görə, Windows 10 hələ də ən məşhur əməliyyat sistemi olaraq qalır. Onun bazar payı 53% təşkil edir.

Windows 11-in isə bazar payı 43%-dir. ESU proqramında iştirak üçün Microsoft sistem parametrlərində və bildirişlər şəklində görünəcək xüsusi bir “qeydiyyat bələdçisi” istifadəyə verəcək. Bu funksiyanın testlərinə iyul ayında başlanacaq, kütləvi istifadəyə isə avqust ayının ortalarında təqdim olunması planlaşdırılır. Windows Insider proqramının iştirakçıları bu funksiyaya daha tez çıxış əldə edəcəklər. Yalnız kritik təhlükəsizlik yeniləmələrini əhatə edən, lakin yeni funksiyalar və texniki dəstək təqdim etməyən ESU proqramı 15 oktyabr 2025-ci ildən 13 oktyabr 2026-cı ilədək qüvvədə olacaq. Qeyd edək ki, əvvəllər ESU proqramı yalnız korporativ müştərilər üçün əlçatan idi, lakin indi Microsoft bu proqramı ilk dəfə adi istifadəçilərə də təqdim edir. Şirkət əlavə edib ki, bu proqram uzunmüddətli həll deyil və məqsədi istifadəçilərin daha yeni Windows versiyalarına keçidini asanlaşdırmaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Windows 11-də bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq

Windows 11-də bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq
Microsoft Windows 11-də sistemin bərpa funksiyasına mühüm dəyişiklik edib. Bu aydan etibarən, Windows 11 24H2 versiyası üçün yeniləmə quraşdırıldıqdan sonra, bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq.
Microsoft OpenAI ilə əməkdaşlığını dayandıra bilər

Microsoft OpenAI ilə əməkdaşlığını dayandıra bilər
Əgər əsas məsələlər üzrə - xüsusilə OpenAI kommersiya təşkilatına çevrildikdən sonra Microsoft-un oradakı payı ilə bağlı - razılıq əldə olunmasa, Microsoft OpenAI ilə tərəfdaşlıq şərtlərinin yenidən nəzərdən keçirilməsi üzrə danışıqları dayandıra bilər.
Microsoft süni zəka səbəbilə minlərlə işçini ixtisar edəcək

Microsoft süni zəka səbəbilə minlərlə işçini ixtisar edəcək
Microsoft süni zəka texnologiyalarına artan xərclər fonunda minlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Bloomberg-in vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, ixtisar olunacaq iş yerlərinin əhəmiyyətli hissəsi şirkətin satış şöbələri ilə bağlıdır.
Microsoft ilə OpenAI arasındakı əməkdaşlıq məsələsində ziddiyyətlər yaranıb

Microsoft ilə OpenAI arasındakı əməkdaşlıq məsələsində ziddiyyətlər yaranıb
Microsoft şirkəti OpenAI-nin ən böyük investoru və yaxın biznes tərəfdaşı olaraq qalır, lakin The Wall Street Journal-ın yazdığına görə, son vaxtlar onların münasibətləri pisləşməyə başlayıb. OpenAI rəhbərliyi hətta ziddiyyətlər daha da dərinləşərsə, Microsoft-u ABŞ-ın antiinhisar orqanlarına şikayət etməyi nəzərdən keçirir.
Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir

Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir
Görünür, son aylar ərzində Microsoft və OpenAI arasında milyardlarla dollarlıq tərəfdaşlıq zəifləyib, çünki hər iki şirkət bir-birindən asılılığı azaltmağa çalışır. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin Microsoft-un baş direktoru Satya Nadella vəziyyətə aydınlıq gətirib.
Həftənin xəbərləri

