OpenAI şirkəti çat-botlar üçün nəzərdə tutulmuş online mağazanı gələn ilə təxirə salıb
Proqram Təminatı
04.12.2023
Emil Nəcəfov
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, çat-botlar üçün nəzərdə tutulmuş GPT Store online mağazasının işə salınması 2024-cü ilin əvvəlinə təxirə salınıb. Qeyd etmək lazımdır ki, GPT Store noyabr ayının əvvəlində baş tutmuş OpenAI konfransı çərçivəsində anons edilmişdi və o, keçən ayın sonunadək istifadəyə verilməli idi. Lakin daha sonra Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi şirkətin planlarında dəyişiklik edib. Qeyd etmək lazımdır ki, istifadəçilər GPT Store adlı online mağazada GPT əsasında çalışan çat-botlarını yerləşdirə və bunun sayəsində pul qazana biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb
Bloomberg-in verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi öz növbəsində şirkətin vacib missiyası mövzusunda rəhbərlik ilə fikir ayrılığına səbəb olub.
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad olunmasından bir neçə müddət öncə şirkətin bir neçə elmi əməkdaşı direktorlar şurasına məktub göndəriblər və həmin məktubda süni zəkanın hazırlanma prosesində heyrətləndirici sıçrayışın olduğu qeyd edilib.
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
OpenAI şirkəti elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botu ilə səsli ünsiyyət imkanı bütün istifadəçilər üçün təqdim edilib.
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib.
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ