
iOS 26 istifadəçiləri zənglər və mesajlardakı spamlardan qoruyacaq
Proqram Təminatı
11.06.2025
Emil Nəcəfov
iOS 26-nın çıxışı arzuolunmaz zənglərə və mesajlara qarşı mübarizədə dönüş nöqtəsi ola bilər. Phone və Messages tətbiqlərinin yeni versiyalarında spam-ı avtomatik şəkildə müəyyən edib bloklamağa imkan verən güclü funksiyalar əlavə olunacaq. Həmçinin istifadəçilər kimin onlarla əlaqə saxlaya biləcəyinə dair daha çox nəzarət imkanına sahib olacaqlar. iOS 26-da vizual dəyişikliklər, məsələn, Liquid Glass dizaynı və digər təkmilləşdirmələrlə yanaşı, spam bloklamaq üçün yeni funksiyalar da təqdim ediləcək.

Apple-ın saytında verilmiş məlumata görə, arzuolunmaz zəngləri və SMS-ləri filtrləmək üçün yeni alətlər istifadəyə veriləcək. Call Screening funksiyası naməlum nömrələrdən gələn zənglərə avtomatik cavab verərək abonentdən adını və zəngin məqsədini soruşacaq. Daha sonra istifadəçi həmin zəngə cavab verib-verməmək barədə qərar verə biləcək. Digər bir alət Screen New Senders adlanır və o, şübhəli nömrələri kontakt siyahısına və ya zəng tarixçəsinə düşməzdən əvvəl yoxlamağa imkan verəcək.
iOS 26-da həmçinin Hold Assist adlı yeni funksiya da olacaq. Bu funksiya istifadəçi müştəri xidmətinə zəng etdikdə növbədə yer saxlayacaq və operator azad olduqda xəbər verəcək. Apple bildirib ki, bu yeniliklərin əsas məqsədi istifadəçilərin gündəlik qarşılaşdıqları spam həcmini azaltmaqdır. Əgər funksiyalar nəzərdə tutulduğu kimi işləsə, iOS 26 ən böyük yeniləmələrdən biri ola bilər. Yeni əməliyyat sisteminin 2025-ci ilin payızında təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib

Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib
Cari ilin mart ayında Apple süni zəka alqoritmlərinə əsaslanmalı olan yenilənmiş Siri virtual köməkçisinin istifadəyə verilməsini təxirə salmağa məcbur olub. İndi isə WWDC tədbiri çərçivəsində jurnalistlərlə söhbət zamanı Apple-ın proqram təminatı üzrə vitse-prezidenti Craig Federighi və beynəlxalq marketinq üzrə vitse-prezidenti Greg Joswiak bu qərarın səbəbləri barədə daha ətraflı məlumat veriblər.
Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq

Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq
Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək.
Kənar tərtibatçılar üçün Apple Intelligence-ə pulsuz çıxış imkanı verilib

Kənar tərtibatçılar üçün Apple Intelligence-ə pulsuz çıxış imkanı verilib
Apple yeni Foundation Models adlı framework-u təqdim edib. Bu framework vasitəsilə sistem daxilində Apple Intelligence tərəfindən istifadə olunan lokal süni zəka modellərinə üçüncü tərəf tərtibatçıların çıxışı təmin olunur.
Apple Games tətbiqi təqdim olunub

Apple Games tətbiqi təqdim olunub
Apple şirkəti Apple Games adlı yeni tətbiqi təqdim edib. Bu, iPhone, iPad və Mac üçün nəzərdə tutulmuş oyun mərkəzi və oyun başlatma (launcher) platformasıdır və sosial funksiyaları da özündə birləşdirir.
iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
Apple şirkəti iOS 26 və iPadOS 26 əməliyyat sistemlərinə kimi hansı iPhone və iPad modellərinin yenilənəcəyini rəsmi şəkildə açıqlayıb.
Həftənin xəbərləri

