
Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq
Proqram Təminatı
11.06.2025
Emil Nəcəfov
Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək. Bu barədə Apple şirkətinin tərtibatçılarla iş üzrə baş direktoru Matthew Firlik WWDC 2025-in Platforms State of the Union təqdimatında açıqlama verib. Onun sözlərinə görə, macOS Tahoe, Intel Mac modelləri üçün sonuncu buraxılış olacaq. Apple-ın Intel çiplərindən özünün Apple Silicon prosessorlarına keçidi 2020-ci ildə başlayıb və 2023-cü ildə Mac Pro modeli ilə tam başa çatıb.

Şirkətin nümayəndəsi Lauren Klug dəqiqləşdirib ki, macOS Tahoe ilə uyğun olan Intel əsaslı Mac modelləri, o cümlədən 2019-cu il istehsalı olan 16 düym ekranlı MacBook Pro, təhlükəsizlik yeniləmələrini daha 3 il ərzində əldə etməyə davam edəcək. Şirkət vurğulayıb ki, Apple Silicon əvvəl mümkün olmayan imkanlar açır və bundan sonra Apple yalnız bu platformaya fokuslanacaq. Eyni zamanda, Firlik tətbiq tərtibatçılarını istifadəçilərə Apple Silicon üçün nəzərdə tutulmuş tətbiq versiyalarına keçid etməyə kömək etməyə çağırıb.
macOS Tahoe əməliyyat sistemini dəstəkləyən cihazların siyahısı Apple-ın rəsmi saytında dərc olunub. Siyahıya növbəti modellər daxildir: Apple Silicon ilə təchiz olunmuş MacBook Air və MacBook Pro (2020 və daha yeni modellər), 16 düymlük MacBook Pro (2019), 13 düymlük MacBook Pro (2020, dörd Thunderbolt 3 girişi ilə), iMac (2020 və daha yeni modellər), Mac mini (2020 və daha yeni modellər), Mac Studio (2022 və daha yeni modellər) və Mac Pro (2019 və daha yeni modellər).
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kənar tərtibatçılar üçün Apple Intelligence-ə pulsuz çıxış imkanı verilib

Kənar tərtibatçılar üçün Apple Intelligence-ə pulsuz çıxış imkanı verilib
Apple yeni Foundation Models adlı framework-u təqdim edib. Bu framework vasitəsilə sistem daxilində Apple Intelligence tərəfindən istifadə olunan lokal süni zəka modellərinə üçüncü tərəf tərtibatçıların çıxışı təmin olunur.
Apple Games tətbiqi təqdim olunub

Apple Games tətbiqi təqdim olunub
Apple şirkəti Apple Games adlı yeni tətbiqi təqdim edib. Bu, iPhone, iPad və Mac üçün nəzərdə tutulmuş oyun mərkəzi və oyun başlatma (launcher) platformasıdır və sosial funksiyaları da özündə birləşdirir.
iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
Apple şirkəti iOS 26 və iPadOS 26 əməliyyat sistemlərinə kimi hansı iPhone və iPad modellərinin yenilənəcəyini rəsmi şəkildə açıqlayıb.
Apple visionOS 26 təqdim olunub

Apple visionOS 26 təqdim olunub
Apple visionOS 26 adlı yeni əməliyyat sistemini təqdim edib. Bu, Vision Pro qarışıq reallıq cihazı üçün hazırlanmış sistemin yeni versiyasıdır və onun imkanlarını daha da genişləndirir.
Apple iPadOS 26 təqdim olunub

Apple iPadOS 26 təqdim olunub
Apple şirkəti iPad planşetləri üçün nəzərdə tutulan iPadOS 26 əməliyyat sistemini rəsmi olaraq təqdim edib. Yeni əməliyyat sistemi Liquid Glass adlanan yenilənmiş dizayna sahibdir.
Həftənin xəbərləri

