
iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
Proqram Təminatı
10.06.2025
Emil Nəcəfov
Apple şirkəti iOS 26 və iPadOS 26 əməliyyat sistemlərinə kimi hansı iPhone və iPad modellərinin yenilənəcəyini rəsmi şəkildə açıqlayıb. Beləliklə, yeni əməliyyat sistemi 3 iPhone modelinə təqdim olunmayacaq. iPhone XS, iPhone XS Max və iPhone XR bu yeniləməni əldə etməyəcək. iOS 26 yeniləməsini alacaq iPhone modelləri:
- iPhone 16e
- iPhone 16 və 16 Plus
- iPhone 16 Pro və 16 Pro Max
- iPhone 15 və 15 Plus
- iPhone 15 Pro və 15 Pro Max
- iPhone 14 və 14 Plus
- iPhone 14 Pro və 14 Pro Max
- iPhone 13 və 13 mini
- iPhone 13 Pro və 13 Pro Max
- iPhone 12 və 12 mini
- iPhone 12 Pro və 12 Pro Max
- iPhone 11
- iPhone 11 Pro və 11 Pro Max
- iPhone SE (2-ci nəsil və daha yeniləri).

9to5Mac portalının qeyd etdiyinə görə, texniki baxımdan iOS 26 ilə uyğun olan bütün iPhone modelləri sistemin bütün funksiyalarını dəstəkləməyəcək. iOS 18-də olduğu kimi, Apple Intelligence süni zəka funksiyaları yalnız ən yeni modellər üçün eksklüziv olmuşdu. iOS 26-da da Apple Intelligence funksiyaları yalnız aşağıdakı modellərdə aktiv olacaq:
- iPhone 15 Pro
- iPhone 15 Pro Max
- Bütün iPhone 16 modelləri
iOS 26-nın beta versiyası tərtibatçılar üçün bu artıq təqdim olunub, ümumi istifadəçilər üçün rəsmi versiya isə payızda istifadəyə veriləcək. Yeni iPadOS 26 əməliyyat sistemini əldə edəcək iPad modelləri aşağıdakılardır:
- M4 çipli iPad Pro
- 12.9 düymlük iPad Pro (3-cü nəsil və daha yeniləri)
- 11 düymlük iPad Pro
- M2 və daha yeni çipli iPad Air
- iPad Air (3-cü nəsil və daha yeniləri)
- A16 çipli iPad
- iPad (8-ci nəsil və daha yeniləri)
- A17 Pro çipli iPad mini
- iPad mini (5-ci nəsil və daha yeniləri).

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple visionOS 26 təqdim olunub

Apple visionOS 26 təqdim olunub
Apple visionOS 26 adlı yeni əməliyyat sistemini təqdim edib. Bu, Vision Pro qarışıq reallıq cihazı üçün hazırlanmış sistemin yeni versiyasıdır və onun imkanlarını daha da genişləndirir.
Apple iPadOS 26 təqdim olunub

Apple iPadOS 26 təqdim olunub
Apple şirkəti iPad planşetləri üçün nəzərdə tutulan iPadOS 26 əməliyyat sistemini rəsmi olaraq təqdim edib. Yeni əməliyyat sistemi Liquid Glass adlanan yenilənmiş dizayna sahibdir.
Apple macOS 26 Tahoe təqdim olunub

Apple macOS 26 Tahoe təqdim olunub
Apple şirkəti macOS 26 Tahoe adlı yeni əməliyyat sistemini təqdim edib. Bu sistem yenilənmiş istifadəçi interfeysi ilə yanaşı, bir sıra yeni funksiyaları da əhatə edir, məsələn, təkmilləşdirilmiş Spotlight axtarışı, yeni Phone tətbiqi və Live Activities funksiyası.
Apple iOS 26 təqdim edilib

Apple iOS 26 təqdim edilib
Apple öz illik WWDC konfransında iOS 26 əməliyyat sistemini - iOS 18-in varisi kimi - rəsmi şəkildə təqdim edib. Ad dəyişikliyi ilə yanaşı, bu əməliyyat sistemi şirkətin son illərdəki ən böyük proqram təminatı dizayn dəyişikliyidir və təkcə iPhone deyil, bütün digər platformaları da əhatə edir.
Apple-ın Çində süni zəka xidmətlərini işə salmaq prosesi dayandırılıb

Apple-ın Çində süni zəka xidmətlərini işə salmaq prosesi dayandırılıb
Çin tənzimləyici orqanı, Apple və Alibaba tərəfdaşlığı ilə hazırlanmış süni zəka əsaslı xidmətlərin təsdiqlənməsi prosesini dayandırıb. Bu gecikmə, Donald Trump administrasiyasının ticarət siyasətinin ABŞ və Çin arasında yaratdığı gərginliklə bağlıdır.
Həftənin xəbərləri

