
İnsanlar zamanla iOS 26-dakı Liquid Glass dizayn üslubunu dərk edəcəklər
Proqram Təminatı
12.06.2025
Emil Nəcəfov
Liquid Glass (maye şüşə) dizayn üslubunun tətbiqi, iOS 7-nin təqdimatından bəri Apple-ın istifadəçi interfeysində həyata keçirdiyi ən böyük dizayn dəyişikliyi oldu, lakin bu dəfə dəyişikliklər daha geniş miqyaslıdır. Şirkətin proqram məhsulları ekosistemi daha inteqrasiya olunmuş və vahid bir formaya salınmışdır. Bununla belə, dəyişikliklər bütün istifadəçilərin xoşuna gəlmədi. iOS 7-nin diizaynı 2013-cü ildə baş vermişdi. O zaman Apple bu qədər geniş cihaz çeşidinə sahib deyildi. İndiki dövrdə isə şirkətin ekosistemi daha çox inteqrasiya olunub: iPhone və Mac arasında kopyalama və yapışdırma mümkündür, aralarında iPad istifadə oluna bilər və ya digər kombinasiyalar sınana bilər.

Universal Control funksiyası Mac-in klaviaturası və touchpad-i ilə iPad üzərində işləməyə imkan verir, AirPods qulaqlıqları isə kompüterlərlə və mobil cihazlarla tez bir şəkildə sinxronizasiya olunur. Belə bir şəraitdə Apple Liquid Glass dizaynını bütün platformalarında tətbiq edir: iOS 26, iPadOS 26, macOS 26, watchOS 26, tvOS 26 və visionOS 26 - və bu, heç də mənasız deyil. Liquid Glass layihəsi sadəcə düymələrin yerini dəyişməkdən ibarət bir yeni dizayn deyil, dərhal tanınacaq şəkildə hazırlanmış bir üslubdur. Bu barədə TechRadar resursuna Apple şirkətində istifadəçi interfeysi sahəsinə rəhbərlik edən vitse-prezident Alan Dye məlumat verib.

Liquid Glass tərzi 2023-cü ildə Apple WWDC tədbirində Vision Pro cihazın və onun platforması olan visionOS-u təqdim edərkən formalaşmağa başladı. Həmin vaxt bu üslub interfeysin gələcəyi kimi xarakterizə olunmuşdu və bu, reallıqdan uzaq deyildi. Tətbiq pəncərələri virtual və real dünyanı birləşdirən məkanda yerləşməyə başladı. İndi isə bu gələcək artıq bütün ekosistemə daxil olub - yarımşəffaf və zərif interfeys Apple Watch, iPhone və iPad ekranlarında sanki bir bütün hala gəlir. “Bu gün gördüyünüz bir çox işlər, visionOS üzərində illərlə işləməyimizin təsiri ilə yaradılıb” - deyə Alan Dye etiraf edib. Yarımşəffaf interfeys elementləri ideyası, istifadəçinin ətrafındakı məkanın əsas mühit olduğu məkan kompüterləri üçün demək olar ki, birmənalı və təbii görünür.

“Sonradan Apple-da düşünməyə başladılar ki, bu vizual dili digər əməliyyat sistemlərimizə necə ötürmək olar. Bu, sadəcə bir surət deyil. Şüşəyə fərqli yanaşmalı olduq” - deyə vitse-prezident izah edib. Əməliyyat sistemlərinin əsasları eyni qalsa da, onlarla işləmə təcrübəsi dəyişib. “Bu, daha ifadəli hiss olunur. Daha çevik və cavab verən görünür. Ekranın içindən keçirmiş kimi və sanki həmin Maye şüşəyə toxunurmuşsunuz kimi hiss olunur” - Alan Dye yeni interfeyslə işləməni bu sözlərlə təsvir edib. Apple, təbii ki, Liquid Glass üslubunun təqdimatında tələsmədi. Şirkət hədəfə dəqiq çatmalı olan istənilən yeniliyi eyni şəkildə ehtiyatla təqdim edir. “Studiyada gördüyümüz işlərin 99%-i heç vaxt işıq üzü görmür” - deyə şirkətin vitse-prezidenti təəssüflə bildirib. O, əlavə edib ki, dizayn - xüsusilə sadə görünməli olan dizayn - çox çətin bir işdir. Zaman keçdikcə istifadəçi anlayacaq ki, bu üslub çoxqatlıdır və gələcək əməliyyat sistemi versiyaları ilə birlikdə inkişaf etməyə davam edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"

Apple: "Məntiq yürüdən süni zəka sistemləri yalnız "düşüncə illüziyası" sərgiləyirlər"
Apple ən yeni böyük düşünmə qabiliyyətinə malik süni zəka modelləri (LRM - Large Reasoning Models) üzrə apardığı araşdırmanın nəticələrini təqdim edib. Hesabatdan belə nəticə çıxır ki, LRM-lər orta çətinlikdə olan tapşırıqların yerinə yetirilməsində klassik böyük dil modellərini (LLM - Large Language Models) üstələsələr də, daha mürəkkəb tapşırıqlarda gözlənilən nəticələri vermirlər.
Bəzi mütəxəssislər iOS 26-nın yeni dizayn üslubunu tənqid ediblər

Bəzi mütəxəssislər iOS 26-nın yeni dizayn üslubunu tənqid ediblər
Apple iOS 26 Liquid Glass dizayn yeniləməsi ilə artıq tərtibatçılar üçün təqdim edilib, platformanın ilk ictimai beta versiyasının isə iyul ayında çıxacağı gözlənilir.
iOS 26 istifadəçiləri zənglər və mesajlardakı spamlardan qoruyacaq

iOS 26 istifadəçiləri zənglər və mesajlardakı spamlardan qoruyacaq
iOS 26-nın çıxışı arzuolunmaz zənglərə və mesajlara qarşı mübarizədə dönüş nöqtəsi ola bilər. Phone və Messages tətbiqlərinin yeni versiyalarında spam-ı avtomatik şəkildə müəyyən edib bloklamağa imkan verən güclü funksiyalar əlavə olunacaq.
Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib

Apple rəhbərliyi süni zəka əsaslı Siri-nin yaradılması üzrə ilk cəhdin uğursuz olduğunu etiraf edib
Cari ilin mart ayında Apple süni zəka alqoritmlərinə əsaslanmalı olan yenilənmiş Siri virtual köməkçisinin istifadəyə verilməsini təxirə salmağa məcbur olub. İndi isə WWDC tədbiri çərçivəsində jurnalistlərlə söhbət zamanı Apple-ın proqram təminatı üzrə vitse-prezidenti Craig Federighi və beynəlxalq marketinq üzrə vitse-prezidenti Greg Joswiak bu qərarın səbəbləri barədə daha ətraflı məlumat veriblər.
Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq

Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq
Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək.
Həftənin xəbərləri

