
Tesla Robotaxi xidmətinin ilk sınaqlarında çoxlu sayda problemlər yaşanıb
Nəqliyyat
30.06.2025
Emil Nəcəfov
Bir müddət əvvəl Texas ştatının Ostin şəhərində başlanmış Tesla robotaksi xidmətinin ictimai sınaqları avtopilotun kifayət qədər yüksək sayda səhv hərəkətlər etdiyini göstərdi. Bu, sınağa şirkət tərəfindən xüsusi seçilmiş məhdud sayda blogerin cəlb olunmasına baxmayaraq baş verib. Hazırda yayımlanmış videolarda ən azı 11 kobud avtopilot xətası qeydə alınıb. Gerçək vəziyyətin daha pis olması ehtimalı isə şəhər rəhbərliyini və tənzimləyici qurumları Tesla-dan izahat tələb etməyə vadar edib. “Kifayət qədər az müddətdə bu qədər qeyri-sabit və pis idarəetmə ilə bağlı video ortaya çıxması dəhşətlidir. Birinci gündən bu qədər problemli yürüşlə bağlı videoların çıxacağını gözləmirdim” - deyə Karnegi Mellon Universitetinin kompüter mühəndisliyi üzrə professoru və avtonom texnologiyalar üzrə ekspert Philip Koopman bildirib.

Qeyd edək ki, şəhərin məhdud bir ərazisində yollara çıxan robotaksilərin sayı cəmi 10-20 ədəd olub. Bu isə sınaqda iştirak edən Tesla avtoparkının demək olar ki, hamısında idarəetmə problemlərinin olduğunu göstərir. Videolar növbəti halları üzə çıxarıb: qarşı hərəkət zolağına çıxma, qəfil əyləcləmə, polis avtomobillərinin siqnallarına xaotik reaksiya, sürət həddinin aşılması, səkiyə çıxma və sərnişinin çoxzolaqlı yolun ortasında və ya kəsişmədə endirilməsi. Vəziyyəti vaxtında salonda sürücü yerinin yanında əyləşmiş köməkçilər (operatorlar) nəzarət altında saxlayıblar. Onlar ya avtopilota növbəti addımı göstəriblər, ya da fövqəladə dayanmaya (yol kənarına çıxış) əmr veriblər. Ostin şəhərinin nümayəndəsi bildirib ki, rəsmi şəxslər Tesla ilə bağlı problemlərdən sosial şəbəkələrdəki paylaşımlar vasitəsilə xəbər tutublar. Buna görə də onlar potensial təhlükəyə cavab verir və problemin aradan qaldırılması üçün şirkətlə əməkdaşlıq edirlər.
Tənzimləyici qurum olan ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) də Tesla-dan müvafiq məlumat və rəy tələb edib. Şirkətin baş icraçı direktoru Elon Musk-ın dəfələrlə qeyd etdiyi kimi, Tesla-nın maliyyə gələcəyi avtonom idarəetmə texnologiyası ilə sıx bağlıdır. Bu məsələ xüsusilə indi daha da vacibdir, çünki Tesla-nın satışları azalır. Musk bildirib ki, Tesla bu xidməti bu ilin sonlarında ABŞ-ın digər şəhərlərində də istifadəyə verəcək və proqnozlaşdırıb ki, 2026-cı ilin ikinci yarısına qədər milyonlarla Tesla tamamilə avtonom rejimdə işləyəcək. Lakin robotaksilərin ilk istismar günləri göstərdi ki, Tesla üçün tam avtonom idarəetmə yaxın perspektivdə reallaşacaq bir məsələ deyil. General Motors şirkətinə məxsus Cruise-in analoji xidməti, piyada ilə baş verən və detalları gizlədilməyə çalışılan bir hadisədən sonra bağlanmışdı. ABŞ-da hazırda bu sahədə uğurlu irəliləyiş göstərən yeganə robotaksi xidməti Alphabet-ə (Google) məxsus Waymo-dur. O, artıq ABŞ-ın bir neçə şəhərində fəaliyyət göstərir və vətəndaşlardan müsbət rəylər alıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq

2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
Yalnız NVIDIA-nın qurucusu deyil, digər texnologiya nəhəngləri də robototexnika məhsulları bazarının böyüməsinə böyük ümidlər bəsləyirlər. TrendForce-un Economic Daily News-a istinadən verdiyi məlumata görə, TSMC rəhbərliyi proqnozlaşdırır ki, 2030-cu ilə qədər süni zəka funksiyalı 1.3 milyard robot istismarda olacaq.
Tesla Robotaxi xidməti artıq ABŞ dövlət orqanının diqqətini öz üzərinə çəkib

Tesla Robotaxi xidməti artıq ABŞ dövlət orqanının diqqətini öz üzərinə çəkib
ABŞ-ın yol təhlükəsizliyindən cavabdeh olan qurumu - NHTSA ilə Tesla şirkəti arasındakı münasibətləri problemsiz adlandırmaq olmaz və Ostində pilotsuz taksi xidmətinin kommersiya istifadəsinə verilməsi bu problemləri daha da artırıb.
Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib

Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib
Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb.
Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır
Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.
Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır

Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır
Tesla-nın rəhbəri Elon Musk-ın Hindistanın baş naziri ilə görüşü vaxtilə ölkə ərazisində avtomobil yığım zavodunun yaradılacağına dair ümidlər doğurmuşdu. Lakin Hindistanın elektromobil idxalı sahəsində milli siyasət islahatlarına hazırlaşması fonunda məlum oldu ki, Tesla avtomobillərinin Hindistanda istehsalını yerli səviyyədə həyata keçirməyə tələsmir.
Həftənin xəbərləri

