
Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır
Tech-Biznes
03.06.2025
Emil Nəcəfov
Tesla-nın rəhbəri Elon Musk-ın Hindistanın baş naziri ilə görüşü vaxtilə ölkə ərazisində avtomobil yığım zavodunun yaradılacağına dair ümidlər doğurmuşdu. Lakin Hindistanın elektromobil idxalı sahəsində milli siyasət islahatlarına hazırlaşması fonunda məlum oldu ki, Tesla avtomobillərinin Hindistanda istehsalını yerli səviyyədə həyata keçirməyə tələsmir. Eyni zamanda, Tesla Avropada elektromobil satışları ilə bağlı ciddi problemlərlə üzləşir. Məlumata əsasən gömrük siyasətinin islahatına hazırlıq çərçivəsində Hindistan hökuməti, istehsalı ölkə daxilində təşkil etməyə hazır olan istehsalçılar üçün idxal rüsumlarının azaldılacağını vəd edib. Hindistan rəsmiləri gömrük qanunvericiliyinin islahatı üzərində 1 il ərzində çalışıblar. Bu dəyişikliklərin əsasən Tesla-nın maraqları nəzərə alınaraq hazırlandığı düşünülürdü, çünki şirkət Hindistan elektromobil bazarına daxil olmaqda maraqlı olduğunu göstərmişdi. Lakin mövcud şəraitdə Tesla hələ də elektromobillərini Hindistana idxal etmək niyyətindədir.

Hindistanın ağır sənaye naziri H.D. Kumaraswamy bildirib ki, yerli istehsalın təşviqi baxımından qanunvericilik dəyişikliklərinə maraq göstərən şirkətlər arasında Mercedes-Benz, Volkswagen, Hyundai və Kia da var. “Tesla ilə bağlı isə biz, əslində, onların maraq göstərəcəyini gözləmirik. Onlar Hindistanda istehsal təşkil etməkdə maraqlı deyillər” - deyə hindistanlı rəsmi qeyd edib. Yeni qaydalara əsasən, avtomobil istehsalçısı Hindistana müəyyən sayda elektromobil idxal edə bilər və bunun üçün hazırkı 70% gömrük rüsumu əvəzinə 15% rüsum tətbiq olunacaq. Lakin bu güzəştdən yararlanmaq üçün xarici şirkət Hindistanda istehsalın lokallaşdırılmasına azı 500 milyon dollar investisiya yatırmalıdır. Elektromobil yığımına isə Hindistan hökumətindən layihəyə təsdiq alındıqdan sonra 3 il ərzində başlanmalıdır. Bundan əlavə, istehsal olunan avtomobillərdə yerli komponentlərin müəyyən payı ilə bağlı da tələblər qoyulacaq.
Hindistan dünyada avtomobil bazarının həcminə görə üçüncü yerdədir, lakin burada elektromobillər hələ geniş yayılmayıb və mövcud avtomobil bazarı bir neçə yerli istehsalçı arasında bölünüb. Ötən il ölkədə 4.3 milyon minik avtomobili satılıb, onlardan yalnız təxminən 2.5%-i elektromobil olub. Hindistan hökuməti onilliyin sonuna qədər bu payı 30%-ə çatdırmağı planlaşdırır. Bu arada, Avropa bazarında Tesla-nın vəziyyəti olduqca zəifdir. Almaniya, bu markanın satışlarının kəskin şəkildə azaldığı yeganə ölkə deyil. May ayında Fransada cəmi 700 ədəd Tesla elektromobili satılıb ki, bu da ötən illə müqayisədə 67% azalma deməkdir. May ayı, son 3 ildə şirkət üçün Fransada ən zəif satış ayı olub. Ümumilikdə Avropa qitəsində yalnız Norveç Tesla üçün bu il qənaətbəxş satış nəticələri göstərir, çünki bu ölkədə artıq formalaşmış və sadiq müştəri bazası mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb
Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb

Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb
Müxtəlif mənbələr Tesla-nın vəziyyətinin nə qədər pis olduğunu bir-birinin ardınca xəbər verməyə tələsir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, aprel ayının yekunlarına görə, bu markanın Avropa və Böyük Britaniyadakı satışları 49% azalaraq 7261 ədəd olub.
Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.
BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub

BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub
Çinin avtomobil nəhəngi BYD uzun müddətdir və haqlı olaraq elektromobil bazarında qlobal lider statusuna iddialıdır. Lakin Avropada yerli bazarın ləngliyi və Çindən gələn avtomobillərə qarşı artırılmış gömrük rüsumları səbəbilə, BYD məhsulları yalnız bu ilin aprel ayında Tesla elektromobillərini məşhurluq baxımından geridə qoya bilib.
Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)

Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)
Fərqli rəqs hərəkətləri və akrobatik fəndlər insanabənzər robotların çevikliyini nümayiş etdirsə də, bu cür texnikaların əksəriyyəti real praktik fayda vermir və əsasən tamaşaçını təəccübləndirməyə yönəlib.
Həftənin xəbərləri

