
Tesla Robotaxi xidməti artıq ABŞ dövlət orqanının diqqətini öz üzərinə çəkib
Nəqliyyat
25.06.2025
Emil Nəcəfov
ABŞ-ın yol təhlükəsizliyindən cavabdeh olan qurumu - NHTSA ilə Tesla şirkəti arasındakı münasibətləri problemsiz adlandırmaq olmaz və Ostində pilotsuz taksi xidmətinin kommersiya istifadəsinə verilməsi bu problemləri daha da artırıb. Tənzimləyici qurumlar artıq blogerlər və jurnalistlərin diqqətini çəkən Tesla robotaksiləri ilə bağlı hadisələrlə maraqlanmağa başlayıb. Məlum olduğu kimi, ötən bazar günündən etibarən Tesla Texas ştatının cənubundakı Ostin şəhərində sürücüsüz sərnişin daşıya bilən təxminən 10 ədəd Model Y elektromobilindən ibarət robotaksi xidmətini işə salıb. Hər nə qədər avtomatlaşdırma prosesini nəzarətdə saxlamaq üçün Tesla əməkdaşı hər dəfə ön sağ oturacaqda əyləşsə də, bu hadisə çoxsaylı blogerlərin və şahidlərin diqqətini cəlb edib və internetdə Tesla-nın pilotsuz taksilərinin anormal davranışlarını göstərən videolar yayılmağa başlayıb.

Hadisələrdən birində avtomatik idarə olunan elektromobil qarşı hərəkət zolağına çıxıb, bir neçə halda isə elektromobil yolun həmin hissəsində icazə verilən sürət həddini aşıb. Daha iki hadisədə isə prototiplər görünən bir səbəb olmadan qəfil əyləc tətbiq ediblər. İlkin vəziyyət təhlili göstərib ki, bu cür davranış robotaksilərin yol kənarında park edilmiş polis avtomobillərinə reaksiya verməsi ilə bağlı ola bilər. Daha əvvəl FSD (Full-Self Driving) proqram təminatında yolun hərəkət hissəsində dayanan bu tip nəqliyyat vasitələrini düzgün tanımamaq problemi aşkarlanmışdı. Buna görə də Tesla mütəxəssislərinin çox güman ki, polis və yanğınsöndürən maşınlara yaxınlıqda hərəkət edərkən əlavə ehtiyatlılıq göstərən alqoritmlər tətbiq etməsinə ehtiyac olub. Bloomberg də təsdiqləyib ki, NHTSA bu hadisələrlə maraqlanmağa başlayıb və Tesla-dan müvafiq məlumatları tələb edib.

ABŞ-da formalaşmış təcrübəyə əsasən, bu qurum ölkə daxilində nəqliyyatda tətbiq olunan ayrı-ayrı yeni texnologiya və sistemlərin əvvəlcədən sertifikatlaşdırılması ilə məşğul olmur. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsuliyyəti avtomobil istehsalçılarının üzərinə düşür və onlar nəqliyyat vasitələrini ümumi şəkildə sertifikatlaşdırırlar. Əgər araşdırma nəticəsində Tesla robotaksilərinin davranışlarının yol hərəkəti iştirakçıları üçün təhlükə yarada biləcəyi sübut olunarsa, NHTSA onların istismar prosesinə müdaxilə edə bilər. Tesla şirkəti öz robotaksilərinin davranışları ilə bağlı NHTSA ilə ətraflı məlumat paylaşmağa razılaşıb, lakin bu məlumatların məxfiliyinin qorunmasını istəyib. Şirkət bildirib ki, məlumatların açıqlanması avtomobil istehsalçısı üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib

Tesla Robotaxi xidməti Texasda istifadəyə verilib
Tesla şirkəti Texas ştatının Ostin şəhərində pilotsuz avtomobillərdən istifadə edən məhdud taksi xidmətinin işə salındığını elan edib. Bu barədə məlumat avtomobil istehsalçısının sosial şəbəkə X-dəki rəsmi hesabında paylaşılıb.
Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır

Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır
Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək.
Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır

Tesla-nın Hindistanda zavod işə salmağı ehtimalı çox azdır
Tesla-nın rəhbəri Elon Musk-ın Hindistanın baş naziri ilə görüşü vaxtilə ölkə ərazisində avtomobil yığım zavodunun yaradılacağına dair ümidlər doğurmuşdu. Lakin Hindistanın elektromobil idxalı sahəsində milli siyasət islahatlarına hazırlaşması fonunda məlum oldu ki, Tesla avtomobillərinin Hindistanda istehsalını yerli səviyyədə həyata keçirməyə tələsmir.
Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb
Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb

Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb
Müxtəlif mənbələr Tesla-nın vəziyyətinin nə qədər pis olduğunu bir-birinin ardınca xəbər verməyə tələsir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, aprel ayının yekunlarına görə, bu markanın Avropa və Böyük Britaniyadakı satışları 49% azalaraq 7261 ədəd olub.
Həftənin xəbərləri

