
Tesla pilotsuz taksi xidmətinin testinə start verib (VİDEO)
Nəqliyyat
24.04.2025
Emil Nəcəfov
Tesla-nın rüblük hesabat tədbirində Elon Musk vurğulayıb ki, şirkət hələ də iyun ayında Texasda pilotsuz taksi layihəsini istifadəyə verməyə ümid edir. Həmin gün sosial şəbəkə X-də bu nəqliyyat vasitələrinin sınaq prosesini göstərən video paylaşılıb. Tesla nümayəndələrinin sözlərinə görə, bu elektromobillər artıq 24 000 km məsafə qət ediblər. Məlum olduğu kimi, Tesla sınaqları sükan arxasında təhlükəsizlik məqsədilə sürücünün iştirakı ilə həyata keçirir və videoda qeyd olunur ki, FSD (Full-Self Driving ) proqram təminatı elektromobili tam avtonom rejimdə idarə etmir.
Hazırda şirkətin daxili tətbiqi seçilmiş Tesla əməkdaşlarına pilotsuz taksi prototipini çağırmağa imkan verir. Bu mərhələdə həmin prototip Model 3 elektromobili əsasında hazırlanıb. Arxa ekran sərnişin üçün lazım olan məlumatları və virtual idarəetmə düymələrini göstərir. Gələcəkdə salonda sürücü olmadığı zaman təcili dayandırma düyməsi də bu ekranda yerləşəcək. Bununla belə, eyni zamanda Kaliforniyada Tesla hələ sürücüsüz pilotsuz taksilərin testinə icazə almayıb. Texasdan əlavə, sürücü ilə sınaqlar San-Fransisko körfəzi bölgəsində də həyata keçirilir. Tesla qeyd edir ki, artıq 1500-dən çox səfər həyata keçirilib və prototipləri ümumilikdə 24 000 km məsafə qət ediblər. Elon Musk söz verib ki, bu ilin iyun ayında Texasda xidmət işə düşən kimi birbaşa olaraq 10-dan 20-yə qədər avtomobil istifadə olunacaq.

Həmin vaxta qədər sükan arxasında sürücünün olması və sərnişinlərdən ödəniş alınması məsələsi şirkətin müvafiq icazələrə malik olub-olmamasından və proqram təminatının bu idarəetmə rejiminə tam hazır olması ilə bağlı şirkətin inamından asılı olacaq. Şirkətin bəyanatlarına əsasən, distant şəkildə idarəetmə mexanizmləri - operator vasitəsilə - istənilən halda nəzərdə tutulacaq. Hazırda sürücü ilə keçirilən test səfərləri bu sistemlərin hazırlanması və təkmilləşdirilməsi işinə kömək edir. Bundan əlavə, “We, robot” təqdimatında insanabənzər Optimus robotları da uzaqdan idarə olunan operatorlar tərəfindən yönləndirilmişdi. Bu da göstərir ki, Tesla bu cür nümayişlər sahəsində artıq müəyyən təcrübəyə malikdir.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib

Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib
Elon Musk-ın Trump administrasiyası ilə əlaqələrinə görə ona və Tesla-ya qarşı etirazlar dünyanın müxtəlif yerlərində yayılmağa başlayıb. İndi isə bu etirazlar Tesla-nın federal tənzimləyici orqanlara təqdim etməli olduğu sənədlərdə rəsmi “risk amili” kimi qeyd olunub.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb

Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb
Dəqiq desək, Tesla şirkəti ötən rübün ilkin nəticələrini ayın əvvəlində açıqlamışdı, lakin bu məlumatlar əsasən elektromobil tədarük həcmlərinə aid idi və bu göstəricilər 13% azalmışdı.
Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər

Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
Tesla-nın rüblük hesabat tədbirində şirkətin rəhbəri Elon Musk ixrac məhdudiyyətləri mövzusuna toxunub. ABŞ-da tətbiq olunan idxal rüsumlarının Tesla-nın biznesinə təsirini rəqiblərlə müqayisədə minimal qiymətləndirən Musk, Çin tərəfindən qoyulan ixrac məhdudiyyətlərini Optimus adlı insanabənzər robotların istehsalını təşkil etmək üçün ciddi maneə adlandırıb.
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib.
Həftənin xəbərləri

