İlk dəfə olaraq, Cybertruck qəzası ölümlə nəticələnib!
Nəqliyyat
07.08.2024
Farid Pardashunas
Təqdim edildiyindən bəri olduqca möhkəm dözümlülüyə sahib olduğu bildirilən Tesla Cybertruck, ilk dəfə qəza nəticəsində insan ölümü ilə nəticələnib.
KHOU 11 Houston xəbər verir ki, Texasda Tesla Cybertruck yoldan çıxaraq suötürücü boruya çırpılıb və alovlanaraq sürücünün ölümü ilə nəticələnib. Reuters-in məlumatına görə, bu qəza Tesla-nın yeni elektrik yük maşını ilə bağlı ilk ölüm hadisəsi kimi qeydə alınıb və NHTSA (Milli Avtomobil Yolları Nəqliyyatı Təhlükəsizliyi İdarəsi) tərəfindən araşdırmaya səbəb olub. Sürücünün kimliyi isə hələlik müəyyən edilməyib. Qəzaya nəyin səbəb olduğu bəlli deyil, lakin bunun Tesla-nın Avtopilotu ilə əlaqəli olmadığı düşünülür, çünki Cybertruck, hələ bu xüsusiyyəti əldə etməmişdir. Texas ştatı polisi, hadisə yerindən çəkilmiş videogörüntülərdə avtomobilin demək olar ki, yanğın nəticəsində tamamilə məhv olduğunu, bunun da avtomobilin və sürücünün şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirdiyini bildirib.
İlk bildirilən Cybertruck qəzası keçən ilin sonlarında Palo Alto yaxınlığında baş vermiş, qəzada heç bir xəsarət alan olmamış və minimal ziyanla nəticələnmişdi. İndiyədək təxminən 15.000 avtomobil satılıb, buna görə də son vaxtlar qəza xəbərlərinin sayı artıb. Daha öncələr Tesla, qaz pedalının yapışmasına səbəb ola biləcək bir problemlə əlaqədar, avtomobillərini dörd dəfə geri çağırış etmişdi.
Cybertruck, 2023-cü ilin noyabr ayında istifadəyə verildiyi gündən bəri keyfiyyətsiz istehsalı, nasazlıqlar, uşaqlar və digərləri üçün təhlükəli hesab edilən "gilyotin" korpus panelləri kimi qəribə dizayn qərarlarına görə tənqid olunur. Cybertruck, həmçinin asanlıqla ilişib qaldığına və yolsuzluqda yaxşı performans göstərmədiyinə görə, bir çox tənqidlərlə də üzləşmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!
Tesla, "güllə keçirməz" Cybertruck üçün qalxan istehsal edib!
Tesla, bu gün nəhəng pikap yük maşını Cybertruck üçün istehsal etdiyi baqaj qalxanını təqdim edib. Bundan əlavə, Tesla, bir neçə yeni aksesuar təqdim edərək, "güllə keçirməz" kimi tanınan pikap yük maşınını daha davamlı hala gətirib.
Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
Cybertruck-ın off-road testləri sosial mediada müzakirələrə səbəb olub! (VİDEO)
Bir TikToker, Cybertruck-ın off-road performansını test edərək öz sosial media hesabında paylaşıb, lakin Cybertruck bu testdən keçə bilməyib.
Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)
Bir YouTuber, Tesla Cybertruck-ın təhlükəsizliyini test edərkən barmağını sındırıb! (VİDEO)
Joe Fay adlı bir YouTuber, Tesla Cybertruck-un baqajı bağlanarkən barmağını arasına qoyaraq avtomobilin təhlükəsizlik xüsusiyyətinin olub-olmadığını yoxlayıb. Lakin bu testin nəticəsi heç də ürəkaçan olmayıb.
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Teslanın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
Tesla Cybertruck-ın iştirakı ilə ilk avtomobil qəzası baş verib (VİDEO)
Tesla Cybertruck-ın iştirakı ilə ilk avtomobil qəzası baş verib (VİDEO)
Bir neçə gün bundan öncə Kaliforniyada Tesla Cybertruck-ın iştirakı ilə baş vermiş ilk yol qəzası qeydə alınıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!