main-post-cover

    Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO

    Nəqliyyat
    23.02.2024
    Farid Pardashunas
         Tesla-nın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
         Cybertruck-da dərin sulardan keçmək üçün "Wade Mode" adlanan rejim var. Bu rejim aktivləşdirildikdə, batareya paketi təzyiqə məruz qalır və sudan qorunur. Təxminən 10 dəqiqə davam edən prosesin sonunda batareyanın təzyiqi artır və maksimum 30 dəqiqə ərzində sudan qoruna bilir. Lakin bu növ qorumalara baxmayaraq Tesla sudan keçid rejimində baş verə biləcək hər hansı bir zərəri qarşılamadığını bildirir.
         Bu riskə baxmayaraq, Tesla-nı müxtəlif dərinliklərdə idarə edən istifadəçi heç bir problem və çətinlik çəkmədən sudan keçə bilib. Hətta avtomobilin ön şüşəsinə qədər suyun çatmağına baxmayaraq, Cybertruck heç bir ciddi zərər görmədən sınaq testindən uğurla keçməyi bacarıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink-in beyin çipini əldə etmiş ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə etməyi öyrənib
    nuralink-in-beyin-cipini-elde-etmis-ilk-pasient-fikir-gucu-vasitesile-mouse-isaresini-idare-etmeyi-oyrenib
    Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya cəlb etməyə hədəflənib
    elon-musk-in-xai-sirketi-6-milyard-dollar-investisiya-celb-etmeye-hedeflenib
    Tesla 25 000$-lıq elektromobilini 2025-ci ildə satışa çıxara bilər
    tesla-25-000-liq-elektromobilini-2025-ci-ilde-satisa-cixara-biler
    MrBeast X-da paylaşdığı ilk videodan 250 min dollar qazandı!
    mrbeast-x-da-paylasdigi-ilk-videodan-250-min-dollar-qazandi
    Tesla elektromobillərində avtopilot sistemini süni zəka idarə edəcək
    tesla-elektromobillerinde-avtopilot-sistemini-suni-zeka-idare-edecek