
Qlobal bazarda POCO F7 subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.06.2025
Emil Nəcəfov
Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 subflaqman smartfonunu təqdim edib. POCO-nun bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO F7 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Bununla yanaşı ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub.

Məlumatda qeyd edilib ki, smartfonun gövdə ətrafı çərçivəsi aviasiyada istifadə edilən alüminium ərintisindən hazırlanıb. Cihazın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO F7 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO F7-nin satışlarına artıq star verilib və onun qiyməti 339$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi MIX Flip 2-nin xarici görünüşü rəsmi şəkildə sərgilənib

Xiaomi MIX Flip 2-nin xarici görünüşü rəsmi şəkildə sərgilənib
Xiaomi şirkəti 26 iyun tarixində MIX Flip 2 smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət sözügedən yeni qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyib.
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Xiaomi HyperOS 3 üçün miqyaslı redizayn hazırlayır

Xiaomi HyperOS 3 üçün miqyaslı redizayn hazırlayır
Xiaomi şirkəti HyperOS interfeysinin qlobal yeniləməsini təqdim etməyə hazırlaşır. Yeni dizayn son illərdəki ən nəzərəçarpan dəyişikliklərdən biri olacağı və insayderlərin sözlərinə görə, Apple-ın yeni əməliyyat sistemlərində debüt edəcək Liquid Glass estetikası ilə ilhamlandığı bildirilir.
Təqdimata hazırlaşan REDMI K Pad planşetinin bəzi rəsmi təfərrüatları açıqlanıb

Təqdimata hazırlaşan REDMI K Pad planşetinin bəzi rəsmi təfərrüatları açıqlanıb
Xiaomi-nin REDMI brendi gələn həftə REDMI K Pad adlı yeni planşetini təqdim edəcək. İndi isə brend bu planşetin bəzi özəlliklərini açıqlayıb.
Təqdimata hazırlaşan POCO F7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

Təqdimata hazırlaşan POCO F7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Xiaomi-nin POCO brendi 24 iyun tarixində qlobal bazarda POCO F7 smartfonunu təqdim edəcək. Son günlərdə bu smartfon barəsində bir sıra məlumatlar ortaya çıxıb.
Həftənin xəbərləri

