
2 il ərzində aktivlik sərgiləməyən Samsung hesabları iyulun sonunda silinəcəklər
Proqram Təminatı
04.06.2025
Emil Nəcəfov
Samsung şirkəti elan edib ki, iyul ayında istifadə olunmayan Samsung hesablarını siləcək. Söhbət, son 2 il ərzində giriş edilməmiş Samsung hesablarından gedir. Samsung hesabları Galaxy cihazlarındakı rəsmi tətbiqlərə daxil olmaq üçün tələb olunur. Galaxy Store və Samsung Health, Galaxy Wearables kimi bütün Samsung tətbiqləri üçün bu hesab zəruridir. Bu hesabı Google hesabına bağlamaq mümkündür, lakin bu tam eyni hesab sayılmır. Samsung-un açıqlamasına görə, ən azı 24 ay ərzində heç bir aktivlik göstərməyən hesablar silinəcək.

Prosesin 31 iyul tarixində başlanması planlaşdırılır. Bu meyarlara uyğun olan istənilən hesab bərpa imkanı olmadan silinəcək. Əgər son 24 ayda həmin hesaba heç olmasa bir dəfə daxil olunubsa, o zaman hesab olduğu kimi qalacaq. Bu qərar keçmişdə Samsung cihazı olan, lakin uzun müddətdir sistemə daxil olmayan istifadəçilərə də aiddir. Hesabın silinməməsi üçün ona kompüterdən və ya Samsung-un mobil tətbiqindən daxil olmaq kifayətdir. İstifadəçilər əvvəllər aktiv olmayan Samsung hesablarına gələn ayın sonuna qədər daxil ola bilərlər. Bu, həmin hesabı aktiv hesab kimi qeyd edəcək. Samsung istifadəçilərə bu dəyişiklik barədə xəbərdarlıq məktubu göndərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı

Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı
Sony uzun müddət smartfonları yalnız öz resursları ilə istehsal edirdi, lakin indi bu praktikadan imtina edərək istehsalı üçüncü tərəf şirkətlərə həvalə edib. Beləliklə, tam istehsal dövrünə malik yeganə qlobal smartfon brendi olaraq yalnız Cənubi Koreyanın Samsung şirkəti qalıb.
Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub

Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.
Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər

Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər
Keçən həftə ABŞ prezidenti Donald Trump bəyan etdi ki, əgər Apple şirkəti iPhone smartfonlarının istehsalını ABŞ ərazisində təşkil etməzsə, bu məhsullara 25% rüsum tətbiq ediləcək. İndi isə məlum olub ki, istehsalı ABŞ-a köçürməyə təkan verən bu tədbir yalnız Apple-a deyil, daha geniş istehsalçılar qrupuna, o cümlədən Samsung Electronics-ə də şamil oluna bilər.
Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb

Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Qatlana bilən Samsung Galaxy Z Flip 7 flaqman smartfonu barədə indiyə qədər yalnız onun ekranının ön panelin bütün sahəsini əhatə edəcəyi məlum idi. İndi isə Cənubi Koreya nəhənginin bu cihazda hansı prosessordan istifadə edəcəyi ilə bağlı məlumat ortaya çıxıb.
Samsung Galaxy Watch 8 Classic-in ilk render fotoları təqdim edilib

Samsung Galaxy Watch 8 Classic-in ilk render fotoları təqdim edilib
Yayda gözlənilən Galaxy Unpacked tədbiri ərəfəsində, Samsung-un yeni Galaxy Watch ağıllı saat seriyasını təqdim edəcəyi güman edilir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində gələcək Galaxy Watch 8 Classic ağıllı saatının ilk render görüntülərini təqdim edib.
Həftənin xəbərləri

