
Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı
Cihazlar+
02.06.2025
Emil Nəcəfov
Sony uzun müddət smartfonları yalnız öz resursları ilə istehsal edirdi, lakin indi bu praktikadan imtina edərək istehsalı üçüncü tərəf şirkətlərə həvalə edib. Beləliklə, tam istehsal dövrünə malik yeganə qlobal smartfon brendi olaraq yalnız Cənubi Koreyanın Samsung şirkəti qalıb. Apple və Google kimi digər qlobal brendlər isə sadəcə smartfonların dizaynı və inkişafı ilə məşğul olur, istehsal isə tərəfdaşlara tapşırılır. Autsorsinq (xarici podrat) xərcləri azaltmaqla vəsaitə qənaət etməyə imkan verir. Məsələn, Apple və Google istehsal və logistika ilə bağlı xərcləri öz üzərlərinə götürmürlər.

Bu mexanizm həmçinin istehsalın tez bir zamanda genişləndirilməsini mümkün edir ki, bu da böyük həcmlərdə sifarişə ehtiyacı olan müştərilər üçün əlverişlidir. Qeyri-rəsmi məlumatlara görə, Sony artıq üçüncü tərəf istehsalçıların xidmətlərindən istifadə edən şirkətlər sırasına daxil olub. Daha əvvəl orta seqment modellərin istehsalını autsorsinqə verən şirkət, indi isə ümumiyyətlə istehsal prosesindən çəkilərək flaqman modellərin istehsalını da tərəfdaşlara həvalə edib.
Hazırda aktual olan Sony Xperia I VII modeli də bu üçüncü tərəf podratçılar tərəfindən istehsal olunur və bu dəyişiklik məhsulun keyfiyyətinə mənfi təsir etməyib. Bununla belə, bu dəyişikliyin Sony üçün ciddi nəticələr doğuracağı inandırıcı görünmür. Şirkət smartfonlarına yüksək qiymət qoyur, buna görə də bazar payı onsuz da böyük deyil. Lakin autsorsinq şəraitində Sony istehsal həcmini daha çevik şəkildə tənzimləyə biləcək. Hazırda Android smartfonlarını tamamilə özü istehsal edən yeganə böyük brend Cənubi Koreyanın Samsung şirkətidir. Çünki o bu sahəyə böyük investisiyalar yatırıb və bu praktikadan imtina etməsi onun üçün məntiqsiz olardı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub

Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.
Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər

Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər
Keçən həftə ABŞ prezidenti Donald Trump bəyan etdi ki, əgər Apple şirkəti iPhone smartfonlarının istehsalını ABŞ ərazisində təşkil etməzsə, bu məhsullara 25% rüsum tətbiq ediləcək. İndi isə məlum olub ki, istehsalı ABŞ-a köçürməyə təkan verən bu tədbir yalnız Apple-a deyil, daha geniş istehsalçılar qrupuna, o cümlədən Samsung Electronics-ə də şamil oluna bilər.
Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb

Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Qatlana bilən Samsung Galaxy Z Flip 7 flaqman smartfonu barədə indiyə qədər yalnız onun ekranının ön panelin bütün sahəsini əhatə edəcəyi məlum idi. İndi isə Cənubi Koreya nəhənginin bu cihazda hansı prosessordan istifadə edəcəyi ilə bağlı məlumat ortaya çıxıb.
Samsung Galaxy Watch 8 Classic-in ilk render fotoları təqdim edilib

Samsung Galaxy Watch 8 Classic-in ilk render fotoları təqdim edilib
Yayda gözlənilən Galaxy Unpacked tədbiri ərəfəsində, Samsung-un yeni Galaxy Watch ağıllı saat seriyasını təqdim edəcəyi güman edilir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində gələcək Galaxy Watch 8 Classic ağıllı saatının ilk render görüntülərini təqdim edib.
Android 16 əsaslı OneUI 8 düşünüldüyündən daha tez istifadəyə veriləcək

Android 16 əsaslı OneUI 8 düşünüldüyündən daha tez istifadəyə veriləcək
Bu həftə Google bir daha təsdiqləyib ki, Android 16 iyun ayında ictimaiyyətə açıq şəkildə təqdim olunacaq. Bu da adi vaxtdan bir neçə ay əvvəl deməkdir.
Həftənin xəbərləri

