
iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
Cihazlar+
10.09.2025
Emil Nəcəfov
Dünən Apple iPhone 17 seriyasını təqdim etdi. Seriyaya baza model, Pro və Pro Max variantları və nazik gövdəli iPhone Air daxildir. Məlumata əsasən ilk dəfə olaraq smartfonlar fərqli RAM yaddaş həcmləri ilə təchiz olunublar. iPhone 17 baza modeli 8 GB RAM yaddaşını qoruyub saxlayıb, Air və Pro modellərində isə bu göstərici 12 GB-a yüksəldilib - bu da performansı və çoxtapşırıqlılıq imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Air və Pro modellərində əlavə 4 GB RAM resurs tutumlu tətbiqlərdə daha sabit iş təmin edir.

Nəzəri cəhətdən bu, həmçinin yeni iOS yeniləmələri üçün daha yaxşı və uzunmüddətli dəstək verməlidir. Əvvəlki iPhone 16 seriyasında bütün modellər 8 GB RAM ilə təchiz olunmuşdu, lakin 17-ci nəsildə istehsalçı modelləri texniki xüsusiyyətlərə görə daha çox fərqləndirməyə qərar verib. Gözlənildiyi kimi, iPhone 17 Pro və 17 Pro Max artırılmış RAM yaddaşı həcmi - 12 GB əldə edib. Bir az daha gözlənilməz məqam isə odur ki, eyni yaddaş həcmini iPhone 16 Plus-ın yerini tutan nazik gövdəli iPhone Air də əldə edib. Air müəyyən mənada standart və Pro versiyaları arasında hibrid sayılır. O, A19 Pro prosessoru ilə təchiz olunub, lakin Pro modellərindəki 6 nüvəli GPU-dan fərqli olaraq 5 nüvəli GPU ilə gəlir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple AirPods Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Apple AirPods Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Apple AirPods Pro 3 naqilsiz qulaqlığını təqdim edib. Bu, son 3 ildə cihazın ilk böyük yenilənməsidir. Yeni naqilsiz qulaqlıq studiya keyfiyyətli səs, yenilənmiş dizayn və daha effektiv səsboğma funksiyası ilə fərqlənir.
Apple Watch Ultra 3 ağıllı saatı təqdim olunub -

Apple Watch Ultra 3 ağıllı saatı təqdim olunub -
Apple şirkəti Watch Ultra 3 ağıllı saatını təqdim edib. Yeni model sağlamlıq göstəricilərinin monitorinqi üçün genişləndirilmiş imkanlar, eləcə də fitnes və idman məşqlərində irəliləyişin izlənməsi funksiyalarını təklif edir.
Apple Watch SE 3 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Apple Watch SE 3 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Apple şirkəti Watch Series 11 ilə yanaşı yeni Watch SE 3 ağıllı saatını da təqdim edib. Apple Watch SE 3 əvvəlki model ilə müqayisədə daha sürətli S10 prosessoru, gücləndirilmiş ön şüşə, artırılmış enerji yığma müddəti və Always-on-Display funksiyasının dəstəyi ilə təchiz olunub.
Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Apple şirkəti Watch Series 11 ağıllı saatını təqdim etdi. Xarici görünüşcə o, əvvəlki modelə bənzəyir, lakin bununla belə Apple-ın ən incə ağıllı saatıdır. Yeni cihaz sağlamlıq monitorinqi funksiyaları, 5G mobil rabitəsi və daha möhkəm şüşə ilə təchiz olunub.
iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
Apple şirkəti onlayn formatda keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 17 smartfon seriyasını və nazik gövdəli iPhone Air modelini təqdim edib. iPhone 17 seriyasına adi model ilə yanaşı ənənəvi iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olublar.
Həftənin xəbərləri

