
Apple Watch Ultra 3 ağıllı saatı təqdim olunub -
Cihazlar+
10.09.2025
Emil Nəcəfov
Apple şirkəti Watch Ultra 3 ağıllı saatını təqdim edib. Yeni model sağlamlıq göstəricilərinin monitorinqi üçün genişləndirilmiş imkanlar, eləcə də fitnes və idman məşqlərində irəliləyişin izlənməsi funksiyalarını təklif edir. Bundan əlavə, Apple Watch Ultra 3 peyk rabitəsini dəstəkləyir və 42 saata qədər avtonom iş müddəti təmin edir. Apple Watch Ultra 3 LTPO3 OLED ekranla təchiz edilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Cihaz 5G mobil rabitəni, eləcə də iki istiqamətli peyk rabitəsini dəstəkləyir, bu, mobil şəbəkə və ya Wi-Fi əhatəsi olmadıqda belə təcili xidmətlərə, dostlara və ailə üzvlərinə mətn mesajları göndərməyə, eləcə də öz yerləşmənizi bölüşməyə imkan verir. Bütün peyk rabitəsi funksiyaları 2 il ərzində pulsuz olacaq.

Apple Watch Ultra 3 yüksəlmiş arterial təzyiq barədə bildirişlər təklif edir və ürək ritmi sensorundan əldə edilən məlumatlara əsaslanaraq hipertoniya əlamətləri barədə istifadəçiləri xəbərdar edir. Alqoritm arxa planda işləyir, 30 günlük dövr üzrə məlumatları təhlil edir və davamlı hipertoniya əlamətləri aşkarlandıqda istifadəçini xəbərdar edir. Bildirilir ki, bu funksiya machine learning metodları və 100 000-dən çox insanın iştirakı ilə aparılmış tədqiqatlardan əldə olunmuş məlumatlar əsasında hazırlanıb. Onun effektivliyi 2000-dən çox insanın qatıldığı klinik tədqiqatla təsdiqlənib. Hipertoniya barədə bildirişlər Apple Watch Series 9 və daha yeni modellərdə, həmçinin watchOS 26 quraşdırılmış Apple Watch Ultra 2 və sonrakı modellərdə əlçatan olacaq.

Apple Watch Ultra 3 həmçinin yuxu keyfiyyətini, ürək döyüntülərinin tezliyini, bilək temperaturunu, qandakı oksigen miqdarını və nəfəsalma tezliyini izləməyə, hətta mümkün yuxu apnoesini aşkar etməyə imkan verir. Apple Watch Ultra 3 istifadəçilərinə həmçinin Workout Buddy də təqdim olunur - bu, Apple Intelligence əsaslı fitnes xidmətidir. O, istifadəçinin məşq məlumatlarını və aktivlik tarixçəsini analiz edərək nəbz, sürət, qət edilən məsafə və digər göstəricilər əsasında məşq zamanı fərdi tövsiyələr təqdim edir. Workout Buddy yalnız ingilis dilində, bəzi məşhur məşq növləri üçün, Apple Watch ağıllı saatlarında Bluetooth qulaqlıqlarla və Apple Intelligence dəstəyi olan iPhone olduqda əlçatan olacaq. Apple Watch Ultra 3 19 sentyabr tarixində satışa çıxacaq və qiyməti 799$-dan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Watch SE 3 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Apple Watch SE 3 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Apple şirkəti Watch Series 11 ilə yanaşı yeni Watch SE 3 ağıllı saatını da təqdim edib. Apple Watch SE 3 əvvəlki model ilə müqayisədə daha sürətli S10 prosessoru, gücləndirilmiş ön şüşə, artırılmış enerji yığma müddəti və Always-on-Display funksiyasının dəstəyi ilə təchiz olunub.
Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Apple şirkəti Watch Series 11 ağıllı saatını təqdim etdi. Xarici görünüşcə o, əvvəlki modelə bənzəyir, lakin bununla belə Apple-ın ən incə ağıllı saatıdır. Yeni cihaz sağlamlıq monitorinqi funksiyaları, 5G mobil rabitəsi və daha möhkəm şüşə ilə təchiz olunub.
iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
Apple şirkəti onlayn formatda keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 17 smartfon seriyasını və nazik gövdəli iPhone Air modelini təqdim edib. iPhone 17 seriyasına adi model ilə yanaşı ənənəvi iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olublar.
Apple-ın ChatGPT analoqu gözlənildiyindən daha tez istifadəyə verilə bilər

Apple-ın ChatGPT analoqu gözlənildiyindən daha tez istifadəyə verilə bilər
Apple şirkəti axtarış və cavabların generasiyası üçün özünün generativ süni intellekt sistemini hazırlayır və o, artıq 6 ay ərzində yenilənmiş Siri versiyasının tərkibində debüt edə bilər.
Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır.
Həftənin xəbərləri

