main-post-cover

    Apple Watch SE 3 ağıllı saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    10.09.2025
    Emil Nəcəfov
         Apple şirkəti Watch Series 11 ilə yanaşı yeni Watch SE 3 ağıllı saatını da təqdim edib. Apple Watch SE 3 əvvəlki model ilə müqayisədə daha sürətli S10 prosessoru, gücləndirilmiş ön şüşə, artırılmış enerji yığma müddəti və Always-on-Display funksiyasının dəstəyi ilə təchiz olunub. Digər yeniliklər arasında ikiqat toxunma və biləyi hərəkət etdirmə jestlərinin dəstəklənməsi, yuxuda apnoe monitorinqi, yuxu keyfiyyətinin qiymətləndirilməsi, daxili səsgücləndirici vasitəsilə musiqi və podkastların səsləndirilməsi, 2 dəfə daha sürətli enerji yığma, 5G mobil rabitə dəstəyi və 18 saata qədər avtonom işləmə müddəti var.
         Saatın ön paneli Apple Ion-X şüşəsindən hazırlanıb və şirkətin bildirdiyinə görə, əvvəlki modeldəki şüşə ilə müqayisədə cızıqlara qarşı 4 dəfə daha davamlıdır. Apple Watch SE 3 watchOS 26 əməliyyat sistemi ilə təqdim olunacaq. Bu sistem yeni Liquid Glass dizaynını və yenilənmiş istifadəçi interfeysi gətirəcək. Watch SE 3 2 versiyada təklif edilir. Birinci versiya 40 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 44 mm-lik gövdə ölçüsünə sahibdir. Ağıllı saatın ekranının maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Watch SE 3 19 sentyabr tarixində satışa çıxacaq və qiyməti 249$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Watch Series 11 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
    apple-watch-series-11-agilli-saati-teqdim-olunub-qiymeti
    iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
    iphone-17-17-pro-17-pro-max-ve-iphone-air-teqdim-olunub-qiymeti
    Apple-ın ChatGPT analoqu gözlənildiyindən daha tez istifadəyə verilə bilər
    apple-in-chatgpt-analoqu-gozlenildiyinden-daha-tez-istifadeye-verile-biler
    Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib
    trump-google-ve-apple-in-avropa-terefinden-cerimelenmesine-ciddi-cavabin-verileceyi-ile-hedeleyib
    Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb
    texnoloji-sahenin-liderlerinin-umumi-bazar-deyeri-21-trilyon-dollara-catib