Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu görülüb
Cihazlar+
09.08.2024
Emil Nəcəfov
Son məlumat sızıntılarına əsasən Huawei şirkəti 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə bu smartfon şirkətin sədri Richard Yu-nun əlində görülüb. Bu isə smartfonun həqiqətən də mövcud olduğu faktını təsdiqləyib. Şirkətin 3 qat qatlana bilən smartfonun fotoları Richard Yu-nun ondan təyyarədə istifadəsi zamanı çəkilib. Çəkilmiş fotolardan birində görmək olar ki, smartfonun ekranı üzərində iki ədəd qatlanma zolağı var. Bu isə smartfona iki yerdən qatlanma imkanını verir. Çox güman ki, Huawei şirkətinin bu qeyri-adi yeni qatlana bilən smartfonu 10 düym ölçülü ekran ilə təchiz olunacaq. Bununla yanaşı gözləntilərə əsasən bu smartfon kompüterlər üçün nəzərdə tutulmuş tətbiqləri də dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, şirkətin 3 qat qatlana bilən smartfonu nəticə etibarilə eksklüziv olaraq yalnız Çin bazarı üçün nəzərdə tutulmuş ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Huawei MateView SE (2024) monitoru təqdim edilib - QİYMƏTİ
Huawei MateView SE (2024) monitoru təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Huawei MateView SE (2024) adlanır.
Huawei MatePad Air 2024 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei MatePad Air 2024 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MatePad Pro 12.2 ilə yanaşı daha bir planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Air 2024-dən gedir.
Huawei MatePad Pro 12.2 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei MatePad Pro 12.2 planşeti təqdim edilib - QİYMƏTİ
Huawei öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Huawei MatePad Pro 12.2-dən gedir. Bu yeni planşetin əsas fərqləndirici özəlliyi iki laylı OLED ekrana sahib olmasıdır.
Qatlana bilən qapaqlı Huawei nova Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Huawei nova Flip təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Sözügedən smartfon Huawei nova Flip adlanır.
Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Huawei artıq bu gün özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu nova Flip-i təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!